Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, səfir Heikki Talvitie bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən H. Talvitie E. Məmmədyarovla, əsasən, qarşıdan gələn prezident seçkiləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparıldığını bildirib.
Səfər çərçivəsində diplomatın prezident İlham Əliyev, QHT təmsilçiləri, siyasi partiya rəhbərləri və mətbuat nümayəndələri, eləcə də ATƏT-ə üzv dövlətlərin Bakıdakı səfirləri ilə də görüşü nəzərdə tutulur.


