Reklam verin!

Beyanat

Qarabağ Azadlıq Təşkilatının Bəyanatı 

Qarabağ Azadlıq Təşkilatı Gürcüstan hökumətinin ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımları alqışlayır. Rusiya qondarma rejimlər yaradaraq uzun müddət Gürcüstanın ərazilərinin bir hissəsini işğal altında saxlamışdır. Qafqazda Rusiyanın imperiya iddialarına son qoymağın vaxtı çatmışdır. Rusiya öz iddialarından geri çəkilməli, Dağlıq Qarabağda, Abxaziyada, Osetiyadakı qondarma rejimlərin dəstəklənməsinə son qoymalıdır. Gürcüstanda baş verən hadisələr bir daha göstərdi ki, işğalçı dövlətlərə, onların yaratdıları qondarma rejimlərə qarşı danışıqlar yolu ilə fəaliyyət göstərməyin heç bir mənası yoxdur. İşğala qarşı yalnız hərbi yolla mübarizə aparmaq olar.Qarabağ Azadlıq Təşkilatı Gürcüstanın haqq işini müdafiə edir. Biz Gürcüstanda yaşayan soydaşlarımızı işğalçılara qarşı hərbi əməliyyatlarda fəal olmağa çağırır və öz növbəmizdə Gürcüstanda vuruşmaq üçün könüllülər göndərməyə hazır olduğumuzu bildiririk. Biz Rusiya hökumətindən Gürcüstanın daxili işlərinə qarışmamağı, Gürcüstan ərazilərinə hərbi müdaxiləyə son qoymağı tələb edirik.Biz hesab edirik ki, artıq bütün Qafqazda rus-erməni işğallarına qarşı birgə mübarizəyə başlanılmalıdır. Azərbaycan ləngimədən  Qarabağda erməni-rus işğalına qarşı  hərbi əməliyyatlara başlamalı, torpaqlarımızı düşmənlərdən azad etməli, ərazi bütövlüyünü bərpa etməlidir. Biz bu tarixi anı buraxmamalıyıq! Başlamalı və qalib gəlməliyik!      Ya  Qarabağ, ya ölüm!9 avqust 2008


Baxış sayı: 15
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


qat

QAT Qarabağın erməni işğalçılarından azad olunmsı üçün ictimai mübarizəni
təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb.Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır.Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünlər,gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir. QAT-ın Azərbaycan üzrə 74 yerli şöbəsi və müxtəlif xarici ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.

Qarabağ Azadlıq Təşkilatı ilə əlaqə vasitələri:
akif_nagi@yahoo.com
Əlaqə Telefonları:
Şəhər:(+99412) 441 19 42
Faks :(+99412) 441 35 52

Axtarış

Sorğu

Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşması nə ilə nəticələnəcək?




Açar sözlər

Sayqaç

İndi blogda: 188
Keçən ayın hiti: 70608
Dünənki hit: 3709
Bugünki hit: 3856
Ümumi hit: 160428

AddThis Feed Button
Add to Technorati Favorites