Reklam verin!

Stratfor”un eksperti: “Rusiya Dağlıq Qarabağa Cənubi Osetiyaya kimi baxmır”-

ABŞ-ın Stratfor Araşdırma Mərkəzinin Qafqaz üzrə mütəxəssisi Lauren Qudriç: "Cənubi Osetiyada baş verən hadisələrdən qondarma “Dağlıq Qarabağ”, Dnesteryanı, Abxaziya kimi rejimlər və Rusiyameyilli ukraynalılar faydalanacaqlar"
Bakı. Hüsniyyə Həsənova-APA. ABŞ-ın Stratfor Araşdırma Mərkəzinin Qafqaz üzrə mütəxəssisi Lauren Qudriç
APA-nın ABŞ bürosuna Gürcüstan və Rusiya arasında başlamış müharibənin regiona təsirini şərh edib.


- Cənubi Osetiyada baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinə necə təsir edə bilər?

- Rusiya Gürcüstanda baş verənlərə görə məsuliyyət daşıyır. Lakin Cənubi Osetiyada baş verənlərdən Azərbaycan hökümətinin Dağlıq Qarabağda president kimi necə istifadə edəcəyini bilmirəm. Yaranmış vəziyyət belə diqtə edir ki, bundan sonra Azərbaycan və Ermənistan bu münaqişə ilə bağlı Rusiyanın tam razılığı olmadan heç bir addım atmamalıdır. Rusiya bir daha öz gücünü nümayiş etdirdi, Osetiyada baş verənlərdə çox az sayda qazanan və itirən oldu. Qazananlar qondarma “Dağlıq Qarabağ”, Dnesteryanı, Abxaziya kimi rejimlər, rusiyameyilli ukraynalılardır. Çünki onlar Ruisyanın regionda təhlükəsizliyin qarantı kimi yenidən bərqərar olması ilə fəxr edəcəklər. Uduzanlar isə qərbmeyilli ukraynalılar, Moldova, Baltik ölkələri və Avropadır.

- Ruslar təsdiq edirlər ki, onlar Cənubi Osetiyadakı münaqişəyə tam cəlb olunublar. Sizcə, Dağlıq Qarabağda vaziyyət gərginləşsə, ruslar osetinləri dəstəklədikləri kimi erməniləri də dəstəkləyə bilərlər?

- Ermənistan və Azərbaycanla bağlı vəziyyət digər münaqişələrdən fərqlənir. Səmimi olaraq deyim ki, Rusiya Dağlıq Qarabağa Cənubi Osetiyaya kimi baxmır. Tam əminliklə bildirirəm ki, ruslar Dağlıq Qarabağa Osetiyada olduğu kimi dəstək verə bilməzlər. Ermənistan isə Rusiyanın razılığı olmadan heç bir addım atmayacaq. Onlar bilirlər ki, ruslarsız bu işə baş vurmaq özünəqəsd kimi bir addımdır.

- Rusiyanın digər dövlətin ərazisinə qoşun yeritdiyi məqamda beynəlxalq təşkilatlar bu məsələyə necə reaksiya verməlidir?

- Ənənəvi olaraq, BMT, ATƏT kimi böyük təşkilatlar gözəl toplantılar, iclaslar keçirərək, "ciddi bəyanatlar və xəbərdarlıqlar" yayacaqlar. Lakin mən belə məsələlərdə həmin təşkilatların gücünə inanmıram. Rusiya ilə ABŞ bu gün, Çin və Rusiya sabah, Almaniya ilə Rusiya isə bu həftə sonu dövlət başçıları səviyyəsində danışıqlar aparacaq. Məhz bu görüşlər vacibdir və burada ciddi qərarlar qəbul olunacaq


Baxış sayı: 18
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


qat

QAT Qarabağın erməni işğalçılarından azad olunmsı üçün ictimai mübarizəni
təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb.Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır.Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünlər,gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir. QAT-ın Azərbaycan üzrə 74 yerli şöbəsi və müxtəlif xarici ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.

Qarabağ Azadlıq Təşkilatı ilə əlaqə vasitələri:
akif_nagi@yahoo.com
Əlaqə Telefonları:
Şəhər:(+99412) 441 19 42
Faks :(+99412) 441 35 52

Axtarış

Sorğu

Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşması nə ilə nəticələnəcək?




Açar sözlər

Sayqaç

İndi blogda: 17
Keçən ayın hiti: 70608
Dünənki hit: 3709
Bugünki hit: 419
Ümumi hit: 156991

AddThis Feed Button
Add to Technorati Favorites