Reklam verin!

Devid Harris: “Gürcüstan və Ukraynanın NATO-ya daxil olması ətrafında diskussiyaların intensivləşməsi Azərbaycan üçün də çox vacib amildir”

Hazırda regionda tarixi hadisələr baş verir. Azərbaycan dünyaya, xüsusən də Amerikaya özünün bu regionda necə vacib rol oynadığını göstərməlidir”. APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harris deyib.O bildirib ki, amerikalılar Azərbaycan barədə çox az məlumata malikdirlər. Bakıda keçirdikləri görüşlər nəticəsində o belə qənaətə gəlib ki, vəziyyəti dəyişmək lazımdır: “Biz sizin dostunuz kimi bunu etməyə çalışacağıq, amma çox şey Azərbaycanın özündən asılıdır”. “Amerikalıların Azərbaycan barədə yalnız enerji ölkəsi kimi yox, bu ölkənin İraq, Əfqanıstandakı sülhyaratma əməliyyatlarına verdiyi töhfələr barədə də məlumatı olmalıdır” deyən Harris ölkəmizi dini tolerantlığın modeli adlandırıb. Bakıda prezident İlham Əliyev, baş nazir Artur Rasizadə və digər rəsmilərlə, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə görüşlər keçirdiyini qeyd edən qonaq ABŞ-a qayıdandan sonra ABŞ-la Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində addımlar atacağını vurğulayıb. APA-nın “Bunun üçün konkret hansı işləri görəcəksiniz” sualının cavabında Harris bildirib ki, “907-ci düzəliş”in ləğvi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Minsk Qrupunun fəaliyyətinə diqqətin artırılması, habelə sıravi amerikalılara Azərbaycan haqqında məlumatların çatdırılması üçün lazımi addımları atacaq. “Nə üçün Amerika Konqresi işğala məruz qalan və işğalçı dövlətə eyni miqdarda vəsait ayırır” sualını cavablandıran Harris Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycan üçün ən vacib məsələ adlandırıb. O, hazırda ABŞ-da seçkilərə hazırlıq getdiyini xatırladaraq, yeni hökumətin formalaşmasını gözləməyi məsləhət görüb: “Yeni hökumət formalaşandan sonra dünyanın qaynar nöqtələri arasında ABŞ hakimiyyətinin diqqətini cəlb eləmək üçün rəqabət başlanacaq”. Harris Gürcüstanda baş verən hadisələrə də toxunub. Yaşananların bölgəyə diqqəti artıracağını qeyd edən qonaq ABŞ-da Gürcüstan və Ukraynanın NATO-ya daxil olması ətrafında diskussiyaların intensivləşməsini Azərbaycan və onun ərazi bütövlüyü üçün də çox vacib amil kimi qiymətləndirib.


Baxış sayı: 24
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


qat

QAT Qarabağın erməni işğalçılarından azad olunmsı üçün ictimai mübarizəni
təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb.Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır.Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünlər,gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir. QAT-ın Azərbaycan üzrə 74 yerli şöbəsi və müxtəlif xarici ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.

Qarabağ Azadlıq Təşkilatı ilə əlaqə vasitələri:
akif_nagi@yahoo.com
Əlaqə Telefonları:
Şəhər:(+99412) 441 19 42
Faks :(+99412) 441 35 52

Axtarış

Sorğu

Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşması nə ilə nəticələnəcək?




Açar sözlər

Sayqaç

İndi blogda: 20
Keçən ayın hiti: 70608
Dünənki hit: 3709
Bugünki hit: 410
Ümumi hit: 156982

AddThis Feed Button
Add to Technorati Favorites