Bunu Cənubi Qafqazda baş verənləri təhlil edən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ANS TV-nin Tiflisdə olan çəkiliş qrupuna deyib
"Gürcüstanda baş verənlər Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək, hətta bu təsirin çox güclü olacağı gözlənilir". Bunu Cənubi Qafqazda baş verənləri təhlil edən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ANS TV-nin Tiflisdə olan çəkiliş qrupuna deyib.
“Əlbəttə, Azərbaycan və Ermənistan qonşu ölkələr olduğundan baş verən hadisələr oradakı vəziyyətə də təsir göstərəcək və deyərdim ki, güclü təsir göstərəcək və müəyyən narahatlıq yaradacaq. Bu, bizim tərəfimizdən də problem kimi qiymətləndirilir. Ona görə ki, bizim məqsədimiz Cənubi Qafqazı açıq və çiçəklənən görməkdən ibarətdir”. /ANS



