Bir neçə dəqiqə əvvəl ermənilər Ağdamın işğal altında olan Şahbulaq və Yeddixırman dağ yüksəkliklərinə, həmçinin keçmiş Ağdərə rayonunun işğal altında olan dağlıq və meşəlik ərazilərinə od vurublar. APA-nın Qarabağ bürosunun məlumatına görə, hər iki istiqamətdə törədilən yanğınların əhatə dairəsi artır.
Ağdamın işğal altında olmayan ərazilərindən belə görünən yanğınları Bərdə, Ağcabədi, Yevlax, Goranboy və Tərtər rayonlarından belə aydın müşahidə etmək mümkündür.


