Reklam verin!
Yuma Ailə Jurnalı

Diplomat: “ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi dəyişilməyib”

ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi dəyişilməyib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə bu gün ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Cozef Penninqton deyib. O bunu ABŞ-ın Hadson Universitetinin Avrasiya Siyasəti İdarəsinin rəisinin «Cənubi Osetiyada baş vermiş hadisələrdən sonra Rusiya ilə ABŞ arasında yaranmış münasibətlər bu iki ölkənin ATƏT-in Minsk Qrupunda iştirakını mənasız edir» fikrinə münasibət bildirərkən söyləyib. C. Penninqton bildirib ki, bu bəyanat qeyri-rəsmi şəxs tərəfindən edilib və ABŞ-ın Dağlıq Qarabağa dair siyasətini əks etdirmir.


Baxış sayı: 3
Açar sözlər:
Bookmark and Share

«Azərbaycan-Ermənistan münasibətlərin normallaşması türk-erməni dialoquna müsbət təsir göstərəcək»

Türkiyənin xarici işlər naziri Əli Babacan belə deyib

Əli Babacan: «Azərbaycan-Ermənistan münasibətlərin normallaşması türk-erməni dialoquna müsbət təsir göstərəcək». "Anadolu" xəbər agentliyinin məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əli Babacan çıxış edib.


Onun sözlərinə görə, Türkiyə və Ermənistan arasında dialoqun bərpası üçün diplomatların hər görüşündə tərflər irəliləyə bilirlər: «Ümid edirəm ki, Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan danışıqları vahid nəticə ilə yekunlaşacaq. Türkiyə və Ermənistan əlaqələrinin normallaşması Azərbaycan ilə Ermənistan arasındakı danışıqlar prosesinə də müsbət təsir göstərəcək». /ANS PRESS/

Baxış sayı: 3
Açar sözlər:
Bookmark and Share

«Dağlıq Qarabağ münaqişəsi Ermənistan üçün hərbi təhlükədir»

Seyran Ohanyan: «Azərbaycanın sürətlə silahlanması və Dağlıq Qarabağ münaqişəsinin hərbi güc yolu ilə həll etmək istəməsi daha çox narahatlıq yaradır»

Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu Ermənistan üçün əsas hərbi təhlükədir. Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib. O bildirib ki, Azərbaycanın sürətlə silahlanması və Dağlıq Qarabağ münaqişəsinin hərbi güc yolu ilə öz maraqlarına uyğun həll etmək istəməsi daha çox narahatlıq yaradır.


Erməni nazirin fikrincə, iki qonşu ölkənin Ermənistanı təcrid olunmuş vəziyyətə salması, Cənubi Qafqazda təhlükəsizlik atmosferinin pozulması, mövcud olan, eləcə də yeni münaqişələrin qızışdırılması da hərbi təhlükələrdir. /ANS PRESS

Baxış sayı: 3
Açar sözlər:
Bookmark and Share

Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü gözlənilir

Dekabrın 4-5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Finlandiyanın paytaxtı Helsinki şəhərində keçiriləcək toplantısı çərçivəsində Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü gözlənilir.

APA-nın Türkiyənin “Hürriyet” qəzetinə istinadən yaydığı məlumata görə, bu barədə ilkin razılıq Türkiyə və Ermənistan xarici işlər nazirləri Əli Babacanla Edvard Nalbandyanın noyabrın 24-də İstanbulda keçirilən görüşündə əldə edilib. E. Nalbandyan Azərbaycan tərəfi ilə görüş və danışıqlara müsbət yanaşdıqlarını və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllini istədiklərini bildirib. Ə. Babacan Azərbaycan tərəfinin də razılığını almaq üçün dekabrın ilk günlərində Bakıya gələcək.


Baxış sayı: 4
Açar sözlər:
Bookmark and Share

Erməni Milli Konqresi (EMK): «Ermənistan, Qarabağ və Azərbaycanın əldə edəcəyi istənilən razılığa hazırdır».

EMK: «Müvafiq orqanlar bacara bilməsə, Konqres Qarabağın təhlükəsizliyi missiyasını üzərinə götürəcək».

Belə bəyanatla bu gün keçirdiyi mətbuat konfransında Erməni Milli Konqresinin rəhbəri David Şaxnazaryan çıxış edib. Onun sözlərinə görə, hələ 1990-cı ildə rəsmi İrəvan bəyan etmişdi ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizlik qarantı kimi çıxış edir.


Türkiyənin, qondarma erməni soyqırımının araşdırılması üçün birə tarixi komissiya yaratmaqla Ermənistanla diplomatik əlaqələr qurmaq təşəbbüslərinə gəlincə, D.Şahnazaryan bildirib ki, «istənilən əlaqə yenə də soyqırım məsələsindən gəlib-keçəcək: «Ermənistan müxalifətinin mövqeyi aydındır: belə bir komissiyanın yaradılması soyqırım faktının inkar edilməsidir və siyasi cəhətdən erməni-türk münasibətlərində irəliləyişlərin hamısını əngəlləyə bilər»./Panarmenian/

Baxış sayı: 7
Açar sözlər:
Bookmark and Share

Bu gün Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq

Əli Babacan və Edvard Nalbadyan Ankara-İrəvan münasibətlərini, Qafqazdakı vəziyyəti, Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə edəcək.

Bu gün İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçiriləcək. Tədbir çərçivəsində Türkiyə və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri - Əli Babacan və Edvard Nalbandyanın görüşü nəzərdə tutulub.


Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bu görüşdə həmçinin Ermənistan-Türkiyə münasibələrinin bərpası perspektivlərinin da müzakirə mövzularından biri olacağını bildirib: «Münasibətlərin nizamlanması dedikdə biz diplomatik əlaqələrin qurulmasını və sərhədlərin açılmasını nəzərdə tuturuq». Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında heç bir diplomatik münasibət yoxdur. İki dövlətin sərhəddi isə 1993-cü ildə, Dağlıq Qarabağ münaqişəsinə görə rəsmi Ankaranın təşəbbüsü ilə bağlanıb./ANS PRESS/

Baxış sayı: 9
Açar sözlər:
Bookmark and Share

ABŞ-ın İKT-dəki səfiri Dağlıq Qarabağ münaqişəsindən xəbərsizdir

ABŞ-ın İslam Konfransı Təşkilatındakı xüsusi səfiri Sado Kumber bu gün “Amerika mərkəzi”ndə Azərbaycan jurnalistləri ilə görüş keçirib.

APA-nın xəbərinə görə, S. Kumber bildirib ki, ABŞ-da 7 milyon müsəlman yaşayır və onların 2 minə yaxını məsciddə istədikləri zaman ibadət edə bilirlər. Səfir qeyd edib ki, müsəlman adı daşıyan Barak Hüseyn Obamanın prezident seçilməsi bəzilərinin ABŞ haqqında təəssüratını dəyişib.

“Müsəlman ailəsində böyüyən Obamanın prezidentliyi dövründə ABŞ-la müsəlman ölkələri arasındakı münasibətlərdə müsbət dəyişikliklər ola bilərmi” sualına cavab olaraq S. Kumber bunları deyib: “Ümid edirəm ki, əvvəlki adminstrasiyanın diqqət yetirmədiyi sahələrə yeni admininstrasiyanın diqqəti artacaq”.

S. Kumber jurnalistlərin suallarına cavab Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatının olmadığını deyib.


Baxış sayı: 9
Açar sözlər:
Bookmark and Share

«Qarabağ problemi dialoq yolu ilə həllini tapmalıdır»

Bakıda səfərdə olan ABŞ-ın İslam Konfransı Təşkilatındakı xüsusi nümayəndəsi Sada Kamber media nümayəndələrinə belə deyib.

«Dağlıq Qarabağ problemi dialoq yolu ilə həllini tapmalıdır». Bunu Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatlarının İslam Konfransı Təşkilatındakı xüsusi nümayəndəsi Sada Kamber bu gün qeyri hökümət təşkilatları və media nümayəndələri ilə görüşdə bəyan edib.


O, münaqişə haqqında ətraflı məlumata malik olmasa da, bundan sonra prosesləri izləmək imkanı olacağını deyib.
«Lakin inanıram ki, Cənubi Qafqazda mövcud olan münaqişələrin eləcə də Dağlıq Qarabağ probleminin həlli dialoq vasitəsilə aparılmalıdır. Bütün insanlarla eyni tərzdə rəftar etmək lazımdır». Qonaq Azərbaycanda gözəl tolerantlıq ənənəsi olduğunu və bu ənənələrdən istifadə edərək bütün dinlərlə sağlam ünsiyyət qurula biləcəyini deyib. /ANS TV/

Baxış sayı: 8
Açar sözlər:
Bookmark and Share

«Ermənistan fürsət pəncərəsini doğru dəyərləndirməlidir»

Əli Babacan: «Vaxt gələr və bu pəncərə bağlana bilər»

«Ermənistanla münasibətlərdə fürsət pəncərəsi doğru dəyərləndirilməlidir». Bunu Türkiyənin xarici işlər naziri Əli Babacan Rumıniyada həmkarı Lazar Komanesku ilə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə ilə Ermenistan arasındaki problemlərin həlli üçün normal şərait yaranıb:


«Əlaqələrin sürətlə normallaşması üçün fürsət pəncərəsi açıq ikən bütün tərəflər tələsməlidir. Zaman gələr və bu fürsət pəncərəsi bağlana bilər».
Əli Babacan jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün İstanbula səfər edəcək Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla noyabrın 24-də görüşəcək. Onun sözlərinə görə, Türkiyənin hədəfi əlaqələrin tam normallaşmasıdır. /ANS PRESS/

Baxış sayı: 10
Açar sözlər:
Bookmark and Share

Serj Sarkisiyan müxalifətlə Qarabağ problemini müzakirə edib

İrəvanda keçirilən görüşdə Ter Petrosyan iştirak etməyib

Ermənistan prezidenti Serj Sarkisiyan siyasi partiyaların rəhbərləri ilə Qarabağ münaqişəsini müzakirə edib. "Medimax" agentliyinin xəbərinə görə, İrəvanın mərkəzində yerləşən idman və sərgi sarayının konfrans salonunda keçirilən görüşdə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ probleminin həlli yolları ilə bağlı müzakirələr aparılıb.


Müxalifətin liderlərindən sayılan eks prezident Levon Ter-Petrosyanın iştirak etmədiyi görüşdə 10 siyası partiyanın lider və təmsilçiləri iştirak edib.
Serj Sarkisiyan Rusiyanın "İnterfaks" agentliyinə verdiyi açıqlamada, aparılan müzakirələrin məlum mövzular üzərində ortaq mövqe nümayiş etdirməyə köməklik göstərəcəyini bildirib.
Qeyd edək ki, erməni müxalifəti Qarabağla bağlı məsələlərin mətbuata açıqlanmadığını bildirərək, problemin həll olunması üçün Ermənistan iqtidarının güzəştlərə getdiyini deyirdilər. /ANS PRESS/

Baxış sayı: 8
Açar sözlər:
Bookmark and Share

«Qondarma Dağlıq Qarabağ rejimi danışıqlar prosesində tərəf kimi iştirak edə bilməz»

Vasili İstratov: «Moskva bəyannaməsi bunu bir daha təsbit edir»

«Qondarma Dağlıq Qarabağ rejimi danışıqlar prosesində tərəf kimi iştirak edə bilməz. Moskva bəyannaməsi bunu bir daha təsbit edib». Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bildirib. O qeyd edib ki, Ermənistan prezidentinin qondarma qurumun danışıqlarda iştirak etməsi ilə səsləndirdiyi bəyanatlara isə sadəcə bəyanat kimi yanaşmaq lazımdır.


V.İstratovun sözlərinə görə, prezidentlər tərəfindən imzalanmış Moskva bəyannaməsi münaqişənin həlli perspektivlərini göstərir: «Orada Dağlıq Qarabağın nümayəndəsinin imzası yoxdur. Ona görə ki, Dağlıq Qarabağın heç bir görüşdə iştirak etmək hüququ yoxdur. Görək hadisələrin inkişafı necə olacaq. Gəlin nəzərə alaq ki, əlimizdə sənəd var və bu sənəd Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında indən belə ortaya çıxan suallara cavab vermək üçün yol xəritəsidir. Dağlıq Qarabağ tərəfi prezidentlərin imzaladığı heç bir sənəddə, BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in beynəlxalq hüquqi sənədlərində göstərilməyib. Ona görə də gəlin bu bəyanata bəyanat olaraq yanaşaq». /ANS TV/

Baxış sayı: 10
Açar sözlər:
Bookmark and Share

Qarabağ Azadlıq Təşkilatının Bəyanatı

Ermənilər Azərbaycan xalqına qarşı son 20 il ərzində çoxlu sayda terror aktı törətmişlər. Bu gün 20 noyabr dəhşətli terror aktından 17 il ötür. Həmin gün erməni terrorçuları Qarakənd səmasında raket atəşi ilə vertolyotu vuraraq Azərbaycanın dövlət xadimlərini, mətbuat nümayəndələrini, beynəlxalq müşahidəçi və vasitəçiləri qətlə yetirmişlər.


22 nəfərin həlak olduğu bu qanlı olay ermənilərin və erməni dövlətinin terrorçu xarakterini nümayiş etdirmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, ermənilər həmişə dinc əhali ilə yanaşı dövlət adamlarını və mətbuat nümayəndələrini özlərinin terror aktlarına hədəf seçmişlər. Bu olay ermənilərin öz niyyətlərinə çatmaq üçün heç nədən çəkinmədiklərini bir daha göstərmişdir. Ermənilər bu terror aktı nəticəsində beynəlxalq müşahidəçiləri, Qazaxstan və Rusiyanın nümayəndələrini də qətlə yetirməklə münaqişənin danışıqlar yolu ilə, dinc vasitələrlə nizama salınmasında maraqlı olmadıqlarını hələ o vaxt nümayiş etdirmişdilər.
Təəssüf ki, bu günə qədər ermənilər tərəfindən törədilmiş və 2 mindən artıq azərbaycanlının ölümünə səbəb olmuş bu və digər terror aktları ilə bağlı heç bir araşdırma aparılmamış, müqəssirlərin cəzalandırılmasına nail olunmamışdır. Əksinə həmin cinayətləri törədənlər bu gün Ermənistanda hakimiyyətdədirlər, Dağlıq Qarabağda isə hələ də qondarma rejimə rəhbərlik edirlər. Beynəlxalq təşkilatlar, vasitəçilər isə heç nə olmamış kimi onlarla normal münasibətlərini davam etdirirlər. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, bu anormal vəziyyətə son qoyulmalıdır. Azərbaycanın hüquq mühafizə orqanları təcili istintaq araşdırmaları aparmalı, əldə olunan materialları beynəlxalq məhkəməyə təqdim etməlidir. Eyni zamanda Azərbaycan hakimiyyəti erməni cinayətlərinin araşdırılması və cinayətkarların cəzalandırılması üçün beynəlxalq istintaq qrupunun yaradılmasına nail olmalıdır.

20 noyabr 2008

Baxış sayı: 15
Açar sözlər:
Bookmark and Share

Ermənistanın xarici işlər naziri Litvada Azərbaycanın dalınca danışdı

Rəsmi Bakının Moskva bəyannaməsinə dair verdiyi şərhlər Vilnüsdə olan Edvard Nalbandyanın xoşuna gəlməyib

Pribaltika respublikalarına səfəri çərçivəsində Vilnüsda olan Ermənistanın XİN rəhbəri bildirib ki, Azərbaycan tərəfi öz şərhləri və nəzər nöqtəsilə prezidentlərin Moskvada imzaladığı birgə bəyannamənin əsas məğzini təhrif edir. Vilnüs universitetinin rəhbəri Benediktas Coucdkayla görüşdən sonra tələbələr qarşısında «Cənubi Qafqazda təhlükəsizlik:


Ermənistanın perspektivləri» adlı məruzə ilə çıxış edən Edvard Nalbandyan Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlərdən də danışıb. Rəsmi İrəvanın bu problemin nizamlanması istiqamətində atdığı addımları qeyd edən Nalbandyan bəyan edib ki, rəsmi Bakının şərhləri iki ölkə arasında qarşılıqlı inamın artırılmasına imkan vermir.

Baxış sayı: 9
Açar sözlər:
Bookmark and Share

Metyu Brayza İrəvanda Azərbaycan mətbuatını ittiham etdi

«Azərbaycan mətbuatı istər siyasət, istərsə də kənd təsərrüfatı olsun, hər şeyi birtərəfli qaydada şərh edir»

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Azərbaycan və Ermənistan prezidentləri arasında gizli protokolların imzalanması barədə məlumatları təkzib edib. ANS PRESS-in məlumatına görə, o, İrəvanda keçirilən mətbuat konfransında bildirib ki, həmsədrlərin bölgəyə səfəri konstruktiv və uğurlu olub. Metyu Brayzanın sözlərinə görə, prezidentinlərin noyabrın 2-də Moskvadakı görüşündən sonra dövlət başçılarının əhval-ruhiyyəsi yaxşılığa doğru dəyişib.


Həmsədr hesab edir ki, İlham Əliyev və Serj Sarkisyanın bir-birinə qarşı münasibətində davamlı olaraq artan hörmət hiss olunur.
Metyu Brayza onu da deyib ki, vasitəçilər prezidentlən və xarici işlər nazirləri ilə hələ çox işləməlidirlər: «Biz sevinirik ki, prezidentlər xarici işlər nazirlərinə işə başlamağı tapşırıblar»
Amerikalı həmsədr Bakıda «Ermənistan Azərbaycan ərazilərini geri qaytarmalıdır» bəyanatını verdiyi təkzib edib və Azərbaycan mətbuatı barəsində aşağılayıcı ifadələr işlədib: «Azərbaycan mətbuatı istər siyasət, istərsə də kənd təsərrüfatı olsun, hər şeyi birtərəfli qaydada şərh edir. Müsahibəni rus, yoxsa ingilis dilində verdiyimi xatırlamıram. Amma mənim sözlərim ən azı iki dəfə tərcümə və ya təkrar tərcümə edilib. Mən jurnalistlərə qarşı hörmətimi ifadə etməyə və suala cavab verərkən hanısa boş sözlərdən istifadə edə bilmərəm. Lakin ictimaiyyət müzakirələrin nə barədə aparıldığını öyrənmək hüququna malikdir». Metyu Brayzanın sözlərinə görə, o, Bakıda verdiyi müsahibədə «Balanslaşdırılmış razılaşma tərəflərin arzuladıqlarını gördüyü sənəddir» deyib. /ANS PRESS/

Baxış sayı: 10
Açar sözlər:
Bookmark and Share

«Qarabağ münaqişəsinin həllindən Ermənistan yalnız qazana bilər»

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın "Mediamax" informasiya agentliyinə müsahibəsində deyib

«Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycanın, həm də Ermənistanın marağındadır və hətta bu məsələ Ermənistanı daha çox maraqlandırır, nəinki Azərbaycanı». Bu sözləri "Mediamaks" agentliyinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, münaqişə həll ediləcəyi təqdirdə Azərbaycanın torpaqları azad ediləcək və qaçqınlar evlərinə qayıdacaqlar. Ancaq bu işdə ermənilər daha çox qazanacaqlar. «Gəlin, baxaq görək Ermənistan bundan nə əldə edir? Azərbaycanda ümumdaxili məhsul Ermənistandakından 4 dəfə çoxdur. Ermənistan heç bir regional layihədə iştirak etmir.


Ümumdaxili məhsulun çox hissəsi Ermənistanın hərbi xərclərinə gedir, Azərbaycanla bu respublika arasında bütün əlaqələr kəsilib və sair. Münaqişənin həlli isə əlaqələrin bərpa edilməsinə, Ermənistanın regional layihələrdə iştirakına, bu ölkəyə böyük investisiyaların yatırılmasına və ümumi ab-havanın yaxşılaşmasına səbəb ola bilər. Ermənistan bu vəziyyətdə ancaq qazana bilər»!

Nazir noyabrın 2-də Rusiyanın paytaxtı Moskvada üç ölkə prezidentinin imzaladığı bəyannaməyə də müansibət bildirib. O sənəd barəsində çox fikirlər səsləndiyini deyib: «Birincisi, sənəd münaqişənin həlli yollarını göstərir, yəni yol xəritəsidir. İkincisi, münaqişə tərəflərinin irəliyə getmək istəyini nümayiş etdirir. Bir sözlə demək olar ki, danışıqlar prosesində irəliyə getmək üçün zəmin yaranıb və biz bundan istifadə etməliyik».

E.Məmmədyarov bildirib ki, Ermənistan qoşunları işqal edilmiş torpaqlardan çıxarılmamış və məcburi köçkünlər yurd-yuvalarına qaytarılmamış, Qarabağın statusu məsələsinin həlli nə hüquqi, nə də texniki cəhətdən mümkündür: «Dağlıq Qarabağın statusu məsələsinin həllində biz beynəlxalq hüquqa və daxili qanunvericiliyə əsaslanacağıq». Azərbaycan XİN rəhbəri Ermənistan və Türkiyə arasında siyasi dialoqun bərpa edilməsi məsələsinə gəldikdə isə bildirib ki, onlar iki suveren dövlətdir: «Ümid etmək istəyirəm ki, bu, Cənubi Qafqazda sülhün və sabitliyin yaradılmasına müsbət təsir göstərəcək». /ANS PRESS/

Baxış sayı: 13
Açar sözlər:
Bookmark and Share

Qarabağ Azadlıq Təşkilatının Məlumatı

 

Qarabağ Azadlıq Təşkilatı “Qarabağ naminə əməkdaşlıq” çərçivəsində ictimai biliklər, yaradıcı kollektivlər, həmçinin tanınmış ictimai-siyasi xadimlərlə görüşlərə başlamışdır. Bu görüşlərdə məqsəd cəmiyyətin sağlam qüvvələrinin səylərinin birləşdirilməsindən, birgə fəaliyyət göstərilməsindən ibarətdir.


İlk olaraq QAT-ın mərkəzi qərargahında “Azad müəllimlər” birliyinin nümayəndələri ilə görüş keçirilmişdir. Birliyin rəhbəri Məlahət Mürşüdlü və QAT sədri Akif Nağı əməkdaşlığın əsas istiqamətləri haqda məlumat vermiş və toplantı iştirakçıları mövzu ətrafında geniş müzakirələr aparmışlar. Sonda iştirakçılar bir sıra vacib məsələlərlə bağlı əməkdaşlıq etmək haqda razılığa gəlmişlər. Həmçinin hər iki təşkilatın adından Təhsil naziri Misir Mərdanova müraciət ünvanlanmışdır. Müraciətdə orta və ali məktəb tələbələri içərisində vətənpərvərlik işinin gücləndirilməsi ilə bağlı konkret təkliflər verilir.

 


Qarabağ Azadlıq Təşkilatı
Mətbuat Xidməti
18 noyabr 2008
             

Baxış sayı: 10
Açar sözlər:
Bookmark and Share

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakı, İrəvan və Xankəndinə təkcə yeyib-içmək üçün gəlmirmiş...

Həmsədrlər həm də işləyirmiş...

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Berbar Fasye hesab edir ki, separatçı Dağlıq Qarabağ rejimi danışıqlar prosesindən kənarlaşdırılmayıb. “Bəzən insanlar düşünürlər ki, Dağlıq Qarabağ bu prosesdən kənarlaşdırılıb. Bu nə deməkdir? /


Bizim bura tez-tez gəlməyimizin səbəbi yalnız çox yüksək dəyərləndirdiyimiz Qarabağ mətbəxini dadmaq və ya tut arağı içmək deyil. Biz bura sizin rəhbərliklə işləmək üçün gəlirik”, deyə Fasye Xankəndində jurnalistlərə açıqlamasında bildirib. “Vəziyyətin indiki axarında Dağlıq Qarabağ işdə iştirak edir”, deyə Fasye əlavə edib. Bu barədə məlumatı "Novsti-Armeniya" agentliyi yayıb. /ANS PRESS

Baxış sayı: 6
Açar sözlər:
Bookmark and Share

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan torpaqlarına ayaq basıb

O, cəbhə xəttindəki hərbçilərin yaşayış şəraiti və döyüş hazırlığı ilə maraqlanıb

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib və qoşunların təmas xəttində olub. O, cəbhə xəttində xidmət edən hərbçilərin yaşayış şəraiti və döyüş ruhu ilə maraqlanıb. “Novosti-Armeniya” agentliyinin məlumatına görə, Sarksiyan həmçinin Qarabağda aparılan arxeoloji qazıntı işlərilə tanış olub, suvarma kanalının istifadəyə verilməsi mərasimində iştirak edib və qoşunların təmas xəttində qulluq edən 47 erməni hərbçisinə mənzillərin açarlarını təqdim edib. /ANS PRESS/


Baxış sayı: 6
Açar sözlər:
Bookmark and Share

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağdadırlar

Ermənistan prezidenti Serj Sarkisyan həmsədrlərlə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində görüşəcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) bu gün Azərbaycanın işğal olunmuş Xankəndi şəhərəniə səfər ediblər. ANS PRESS-in məlumatına görə, onlar burada Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşəcəklər.


Maraqlıdır ki, hazırda Dağlıq Qarabağda olan Serj Sarkisyan da həmsədrlərlə Xankəndidə gbrüşəcək.
Bazar ertəsi İrəvana qayıdacaq Metyu Brayza, Bernar Fasye və Yuri Merzlyakov mətbuat konfransı keçirəcəklər.
Xatırladaq ki, həmsədrlər bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
/ANS PRESS/

Baxış sayı: 5
Açar sözlər:
Bookmark and Share

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa gediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 14-də İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və Moskvada imzalanmış Bəyannamə müzakirə edilib. Bu gün həmsədrlər İrəvandan Xankəndinə yola düşüblər.


Baxış sayı: 11
Açar sözlər:
Bookmark and Share

Edvard Nalbandyan: “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalıdır”

“Beynəlxalq hüququn bütün prinsipləri vacibdir. Bu prinsiplərin birini digərindən üstün tutmaq olmaz”. APA-nın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rumıniyanın xarici işlər naziri ilə görüşündə deyib.

Erməni nazir Dağlıq Qarabağ münaqişəsinin də beynəlxalq hüququn prinsipləri əsasında həllinin vacibliyini vurğulayıb: “ATƏT-in Minsk Qrupunun həmsədrləri də məhz bunun üzərində işləyirlər”.


Baxış sayı: 7
Açar sözlər:
Bookmark and Share

«Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliyə doğru böyük addım atılıb»

Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə düşünür

«Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliyə doğru böyük addım atılıb». Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Exo Moskvı» radiostansiyasına müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan birmənalı olaraq, ən yüksək səviyyədə danışıqları davam etdirmək üçün hazır olduqlarını bildiriblər.


 Üstəlik dövlət başçıları, 14 il ərzində ilk dəfə sənədə imza atıblar.
Lavrov eyni zamanda bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarının iştirakı vacibdir. «Bizim Qərbdəki həmkarlarmızın böyük şübhələri var ki, Rusiya hansısa yeni format yaratmaq fikrindədir. Amma belə bir şey bizim fikrimizdən belə keçmir. Biz üçtərəfli danışıqları yüksək qiymətləndiririk». /ANS TV/

Baxış sayı: 12
Açar sözlər:
Bookmark and Share

Seçmələr

C.Monro.(ABŞ-ın 5-ci prezidenti):
- Onun 8 illik prezidentliyi (1817 - 1825) “xoş əhval – ruhiyyələr dövrü” adlandırılır. Bu partiyalararası kəskin münasibətlərin səngiməsi ilə əlaqədar idi.
- 1819- da İspaniya ilə müqavilə bağlayır və bütün Florida ştatını ələ keçirir.
- 1823-cü ildə Konqresə məktub göndərdi, bu məktub “Monro doktrinası” adını aldı. Bu doktrina ABŞ –ın Avropa işlərinə, Avropanın isə  Amerikanın daxili işlərinə qarışmayacağı haqda xətti elan etdi. Bu, Amerikada ABŞ hökmranlığının başlanğıcı oldu.
T.Ceferson (ABŞ- ın 3-cü prezidenti):
- Natiqlik qabiliyyəti olmadığına görə deputatlığı dövründə “qaradinməz deputat” adını almışdı.
- “İstiqlaliyyət bəyannaməsi” onun müəllifliyi və rəhbərliyi ilə yazılıb.
- O, 80 min franka Fransadan Luizana ştatını almışdır.
- İkinci prezident C.Adamsla qatı düşmən olub. Hər ikisi eyni gündə ölüblər. C.Adams ölüm ayağında son sözlərini deyir: “Mən ölürəm Cefferson isə hələ yaşayır”. O, bilmirdi ki, Cefferson ondan bir neçə saat əvvəl ölmüşdü.
E.Conson (17-ci prezident):
- O, 1868-ci ildə 7,2 milyon dollar müqabilində Alyaskanı Rusiyadan almışdır.
- İmpiçment qoyulan ilk ABŞ prezidentidir, qərarın qəbul olunması üçün bir səs çatmadı


Baxış sayı: 11
Açar sözlər:
Bookmark and Share

Ermənistanın «Daşnaksütun» partiyası prezident Sarkisyanla Dağlıq Qarabağ probleminin həlli yollarlı ilə bölüşür

Partiya fəalları dövlət başçısından real addımlar gözləyir
«Daşnaksütun»un Büro üzvü Qrant Marqaryan bildirib ki, onun təmsil etdiyi siyasi qurum hələ bir il əvvəl Madrik prinsiplərinə dair öz narazılığını bildirib və 5 rayonun Azərbaycana qaytarılması, Kəlbəcər və Laçında sülhməramlı qüvvələrin yerləşdirilməsinin yolverilməz olduğunu bildirib: «Ümidvarıq ki, Moskvada imzalanmış bəyannamədə Madrid prinsipləri yalnız danışıqlar prosesinin davam edilməsinə əsas kimi qeyd olunur».

«Armenia Today» informasiya agentliyi xəbər verir ki, Qrant Marqaryan bəyannamənin gələcəkdə Madrid prinsiplərinin çatışmazlıqlarını aradan qaldıracağına umidvardır.


Baxış sayı: 11
Açar sözlər:
Bookmark and Share

Abdulla Gül: “Cənubi Qafqazda problemlərin həll olunması enerji sahəsində də əməkdaşlığı gücləndirə bilər”

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycanda səfərdə olan prezidenti Abdulla Gül Bakıda keçirilən IV Enerji Sammitindəki çıxışında deyib. Sammitdə iştirak edən ölkələr arasında enerji sahəsində əməkdaşlıq ənənələrinin olduğunu qeyd edən A. Gül indiyədək artıq bir neçə böyük enerji layihəsinin həyata keçirildiyini xatırladıb: “Düşünürəm ki, enerji sahəsindəki bu işbirliyi təhlükəsizdir. Biz Güney Qafqazda yüz illər boyunca birlikdə və yan-yana yaşayan xalqlar arasında qarşılıqlı güvənin olduğuna və mövcud problemlərin həllini tapacağına inanırıq. Bu problemlərin həll olunması enerji sahəsində də əməkdaşlığı gücləndirə bilər”.

“Nabucco” layihəsinə toxunan Türkiyə prezidenti bu layihənin həyata keçirilməsinin daha çox qaz tədarükü ilə bağlı olduğunu qeyd edib: “Bundan sonrakı illərdə Özbəkistan qazının da cənub dəhlizi üzərində Avropaya nəql ediləcəyinə inanırıq. Biz fikirləşirik ki, gələcəkdə İraq və İran qazı da dövriyyəyə girəcək, enerji sahəsində əməkdaşlığın çevrəsi bir az da genişlənəcək. Misir, Suriya və Türkiyə xəttinin yaradılmasında artıq ciddi irəliləyişlər var”.