Reklam verin!
Yuma Ailə Jurnalı

Türkiyə səfiri: “Təzyiqlərə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca, Ermənistanla sərhədlərin açılması mümkün deyil”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcı qəbul edib. Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, görüşdə H. Orucov ölkədəki dini durum barədə ətraflı məlumat verib. Komitə sədri Azərbaycanda ənənəvi milli-dini azlıqlar mühitində tolerantlığın hökm sürdüyün deyib: “Hər bir vətəndaşın dini etiqad azadlığı, hüquqlarının qorunması təmin olunur. Azərbaycanda din dövlətdən ayrıdır, lakin hər bir dini konfessiyanın sərbəst fəaliyyət göstərməsi üçün şərait yaradılıb”.

Səfir Hulusi Kılıc Azərbaycan və Türkiyə arasında münasibətlərin bu şəkildə inkişaf etməsindən məmnun olduğunu qeyd edib: “Türkiyə bundan sonra da Azərbaycanla bütün sahələrdə əməkdaşlığını davam etdirəcək”.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan səfir bu məsələdə Türkiyənin mövqeyinin bəlli olduğunu söyləyib: “Avropa və ümumiyyətlə Qərbdən göstərilən təzyiqlərə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca, Ermənistanla sərhədlərin açılması mümkün deyil. Biz bu məsələdə hər zaman Azərbaycanın yanındayıq”.


Baxış sayı: 23
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


qat

QAT Qarabağın erməni işğalçılarından azad olunmsı üçün ictimai mübarizəni
təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb.Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır.Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünlər,gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir. QAT-ın Azərbaycan üzrə 74 yerli şöbəsi və müxtəlif xarici ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.

Qarabağ Azadlıq Təşkilatı ilə əlaqə vasitələri:
akif_nagi@yahoo.com
Əlaqə Telefonları:
Şəhər:(+99412) 441 19 42
Faks :(+99412) 441 35 52

Axtarış

Sorğu

Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşması nə ilə nəticələnəcək?




Açar sözlər

Sayqaç

İndi blogda: 22
Keçən ayın hiti: 70608
Dünənki hit: 3709
Bugünki hit: 412
Ümumi hit: 156984

AddThis Feed Button
Add to Technorati Favorites