Reklam verin!
Yuma Ailə Jurnalı

Seçmələr

H.İ.Xan. Sufi təlimi:
- Gəlin başqalarının bizim üçün nə edə biləcəyi haqqda düşünməyək, yaxşı olar ki, biz özümüzdən başqaları üçün nə edə biləcəyimizi soruşaq.
- Din düzgün həyat tərzini öyrənmək, həyatın özünün mənasını  dərk etmək üçün nəzərdə tutulan dərsdir.
F.Dostoyevski. Cinayət və cəza:
- Bədxasiyyət və qoca dul qadınlar bu cür təmizkar olurlar.
- Bəşəriyyətin ta qədimdən başlamış Likurq, Solon, Məhəmməd, Napoleona qədər bütün qanunvericiləri və yaradıcıları hamısı cinayətkar olmuşlar, təkcə elə ona görə ki, yeni qanunlar verməklə cəmiyyət üçün müqəddəs olan atalardan qalma köhnə qanunları pozur, ləğv edirdilər. Və əlbəttə, öz fəaliyyətlərində ehtiyac olarsa, qan tökməkdən də çəkinmirdilər.
- İnsanlar təbiətin qanunlarına görə iki növə bölünürlər: aşağılar (adilər), yəni özünə oxşarları doğub törətməkdən başqa işi olmayan bir material; bir də sözün həqiqi mənasında insan, yəni öz aləmində yeni söz deməyə vergisi, yaxud istedadı olanlar... Birinci növ həmişə bu günün ağasıdır, ikincilər isə gələcəyin... Bu ikinci növ insanların cinayət etmək hüququ vardır... Lakin kütlə heç vaxt onların hüququnu tanımaq istəmir, onları edam edir, asır və bununla da tamamilə ədalətli olaraq özünün mühafizəkar təyinatını yerinə yetirir. Növbəti nəsillərdə həmin kütlənin özü bu edam olunanları şöhrət kürsülərinə qaldırır və onlara sitayiş edirlər.
- Mən sənə deyil, bəşəriyyətin bütün iztirablarına baş əydim.
F.Dostoyevski. İdiot:
- Sizə nə üçün idiot dediklərini başa düşə bilmirəm.
- Mən liberalizmə qarşı heç nə demirəm. Liberalizm günah deyil... Mən rus  liberalizminə hücum edirəm, ona görə ki, rus liberalı mahiyyətcə qeyri-rus liberalıdır... Bizdə liberal da, konservator da rus deyil... Rus liberalizmi mövcud qaydalara deyil, bütün rus mahiyyətinə qarşı yönəlmişdir. Mənim liberalım o həddə çatıb ki, Rusiyanın özünü inkar edir, yəni öz anasına nifrət edir. Rusa məxsus hər hansı bədbəxt və uğursuz fakt ona xüsusi ləzzət verir. O, xalq adətlərinə, rus tarixinə, rusa məxsus hər şeyə nifrət edir... O, Rusiyaya qarşı nifrətini ən gözəl lieralizm kimi təqdim etməyə çalışır... Rusiyaya bu nifrəti bu yaxınlara qədər bəzi liberallar hətta vətənə həqiqi məhəbbət kimi də  təqdim edir və öyünürdülər ki, məhz onlar həqiqi vətən sevgisinin nə olduğunu bilirlər. İndi isə daha açıq danışırlar, hətta “ vətənə sevgi” sözündən də utanmağa başlayıblar, bu ifadəni də ziyanlı bir şey kimi özlərindən uzaqlaşdırıblar... Dünyanın heç bir yerində öz vətəninə nifrət edən belə bir liberal ola bilməz. Bizdə bunu nə ilə izah etmək olar? Onunla ki, bizdə liberal hələlik rus liberalı deyil, məncə, bunun başqa izahı yoxdur.
- Qavrila İvolkin “xeyli ağıllı” adamlar növünə aid idi, amma başdan-ayağa orijinallıq xəstəliyinə tutulmuşdu.

Baxış sayı: 37
Açar sözlər:
Bookmark and Share

Seçmələr

Z.Freyd:
- Qəhrəman odur ki, atasının nüfuzuna qarşı üsyan edir və ona qalib gəlir.
U.Çerçill. Yaxınlaşan fırtına:
- Müharibədə-qətiyyət; məğlubiyyətdə-dözüm; qələbədə-alicənablıq; sülhdə-xoşməram olmalıdır.
U. Çerçill. Onların ən şərəfli anı:
- İlk qırx gündən sonra biz tam təklikdə qaldıq. Almaniya və İtaliya dəhşətli hücumla üzərimizə yeriyirdilər.
- Sonuncu hücum çox ağır oldu. 1940-cı il mayın 10-da düşmən Londona yenə də alışdırıcı bombalar atdı. Şəhərin 2 mindən artıq yerində yanğın başladı, biz heç birini söndürə bilmirdik, su yox idi, 150-ə yaxın su kəməri dağıdılmışdı.
U.Çerçill. Böyük ittifaq:
- Mən Kremlə gəldim və ilk dəfə böyük inqilabi rəhbər, müdrik dövlət xadimi və döyüşçü ilə (Stalin nəzərdə tutulur) görüşdüm.

Baxış sayı: 41
Açar sözlər:
Bookmark and Share

"Üçüncü baxış"ın rəhbərini aldatdılar...

Akif Nağı: "Rauf Rəcəbov keçən dəfə Ermənistana gedib- gələndən sonra açıqlama verdi ki, guya onu aldadıb aparıblar"

İki gün öncə Ermənistanda daha bir beynəlxalq konfrans başlayıb. Erməni mətbuatının məlumatına görə, "Qafqaz-2007" adı altında keçirilən tədbirə Gürcüstan, Rusiya, Türkiyə və Polşa ilə yanaşı, Azərbaycandan da nümayəndə qatılıb. Bu, "Üçüncü baxış" analitik informasiya agentliyinin rəhbəri Rauf Rəcəbovdur. Konfransda regionda baş verən proseslər ətrafında müzakirələr aparılacaq. İctimaiyyət nümayəndələri tez-tez İrəvanda təşkil olunan belə qondarma tədbirlərdə Azərbaycan vətəndaşlarının iştirakını məqbul saymırlar.
Azərbaycan Ziyalılar Hərəkatının (AZN) rəhbəri Eldəniz Quliyev bu kimi tədbirlərin keçirilməsində demokratik imic yaratmaq faktorunun olmasını deməklə yanaşı, ermənilərin belə siyasi gedişlərini təəccüblü saymadı: "Burada təəccüblü olan odur ki, Ermənistanda keçirilən konfranslara Azərbaycan vətəndaşları da qatılır.


Ora gedənlərin tam əksəriyyətinin Azərbaycan torpaqlarının işğalına, Ermənistanın Azərbaycana qarşı olan təcavüzünə loyal münasibət göstərməsi məndə təəccüb doğurur. Əslində bu cür tədbirlər keçirilərkən ora Azərbaycandan insanların getməsinin əleyhinə deyiləm. Bir şərtlə ki, gedən hər kəs ermənilərin xislətini açmalı və onların beynəlxalq hüquq normalarına sayğısız münasibətini ortaya qoymalıdır".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Ermənistanda belə tədbirlərin keçirilməsinin heç bir məntiqə sığmadığını bildirdi: "Ermənistan özü qonşu dövlətin ərazisini işğal edib və bu da hamıya məlumdur. Ona görə də burada anormallıq yaranır ki, Ermənistan özü işğalçı ola-ola münaqişələrin çözülməsilə bağlı və regiondakı problemlərlə əlaqədar öz ölkəsində müzakirələr aparır. Hesab edirəm ki, əgər bu tipli tədbirləri beynəlxalq təşkilatlar Ermənistana salırlarsa, onda ya burada erməni lobbisinin təzyiqi, ya da qrup maraqları var". Akif Nağı tədbirə Azərbaycandan nümayəndənin getməsini də pislədi. QAT sədri Rauf Rəcəbovla bağlı müəyyən tədbirlərin görüləcəyini bildirdi: "Qarabağ Azadlıq Təşkilatı dəfələrlə deyib ki, işğalçı dövlətin ərazisində keçirilən hər hansı bir tədbirdə Azərbaycanın rəsmi və ya qeyri-rəsmi nümayəndəsi iştirak etməməlidir. Çox təəssüf ki, ortada pul vədi olduğu üçün hər dəfə onlar kimisə tapırlar və belə vətəndaşlar da gedib həmin tədbirdə iştirak edir. Onsuzda orada çıxış edib hansısa məsələni qaldırmağın heç bir mənası yoxdur. Ora gedən insanlar pula satılmışlardı və konkret olaraq Rauf Rəcəbov bu kimi tədbirlərdə bir neçə dəfə iştirak edib. Keçən dəfə Ermənistana gedib gələndən sonra mətbuata açıqlama verdi ki, guya onu aldadıb aparıblar".
Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Büllur Hümbətov Ermənistanla istənilən səviyyədə əlaqə qurmağa hələ ki, ehtiyac olmadığını düşünür: "Cənubi Qafqazın əsas dövlətləri Azərbaycan və Gürcüstandır. Əgər bu dövlətlər həmin tədbirdə lazımi səviyyədə təmsil olunmurlarsa, onda buna Qafqaz adı vermək düzgün deyil. Ermənistanın öz məqsədlərinə çatması üçün keçirdiyi belə tədbirlərdə bizimkilərin də iştirakı ölkəmizə problem yaradır".

Baxış sayı: 59
Açar sözlər:
Bookmark and Share

Seçmələr

 

N.Makiavelli. Hökmdar:

- ... Hansı yaxşıdır: adamların hökmdarı sevmələri, yoxsa ondan qorxmaları. Belə deyirlər ki, ən yaxşısı odur ki, eyni vaxtda həm qorxsunlar, həm də sevsinlər. Lakin sevgi nifrətlə pis uyğunlaşır, ona görə də, seçmək lazım gəlirsə, qorxmaları yaxşıdır. İnsanlar haqda ən ümumi şəkildə demək olar ki, onlar yaxşılıq bilən deyildirlər və dəyişkəndirlər, ikiüzlülüyə və yalana meyillidirlər, təhlükədən qaçır və qazanmağa hərisdirlər: nə qədər ki, yaxşılıq edirsən, mehribandırlar, sənin yanındadırlar, sənin yolunda qanlarından, həyatlarından, uşaqlarından, mallarından keçməyə hazır olduqlarını vəd edirlər, lakin onlara azca ehtiyacın yaranan kimi, yoxa çıxırlar... Adamlar sevdiklərini deyil, qorxduqları hökmdarı incitməkdən daha çox çəkinirlər...
- Hökmdar nifrət qazanmamaq üçün vətəndaşların və təbəələrin əmlakına və qadınlarına təcavüz etməkdən çəkinməlidir... Adamlar çox vaxt atalarının ölümünü bağışlayır, amma əmlakının itirilməsini yox...
- ... Adamlar hökmdarı öz istəklərinə görə sevir, onun istəklərinə uyğun olaraq isə qorxurlar, ona görə də ağıllı hökmdar özündən asılı  olanları əsas götürməlidir...
- Düşmənə qarşı iki üsulla mübarizə aparmaq lazımdır: birincisi, qanunla, ikincisi, güclə. Birinci üsul insana, ikincisi heyvana xasdır. Lakin birincisi çox vaxt kifayət etmədiyinə görə ikinci üsula əl atmaq lazım gəlir... Hökmdar özündə hər iki təbii halı birləşdirməlidir, çünki onlardan hər hansı biri təklikdə kifayət qədər gücə malik deyildir.
- Hökmdar bütün heyvanlardan ikisinin keyfiyyətlərini götürməlidir: şir və tülkü. Şir tələlərdən, tülkü isə canavarlardan qorxur. Ona görə də tülkü kimi tələlərdən yayınmağı, şir kimi isə canavarları qovmağı bacarmalısan.
- Dəyişkənlik, yüngüllük, zəiflik, qorxaqlıq və qətiyyətsizlik hökmdara nifrət gətirir. Bu keyfiyyətlərdən oddan qaçan kimi qorunmalı, hər hərəkətində alicənablıq, qorxmazlıq, samballılıq və möhkəm əzm nümayiş etdirməlisən.
- Heç nə hökmdara hərbi yürüşlər və qeyri-adi hərəkətlər kimi hörmət və şərəf gətirmir.
- Hökmdara həm də onda hörmət yaranır ki, o, açıq şəkildə kiminsə düşməni, yaxud dostu olduğunu elan edir, yəni o, çəkinmədən kiminsə əleyhinə, yaxud leyhinə çıxış edir.
- Hökmdarların ağlı haqqında fikir ilk növbədə onların öz ətrafında kimləri, hansı məsləhətçiləri cəlb etməsi ilə yaranır.
- Hökmdar həmişə başqaları ilə məsləhətləşməlidir, amma bunu başqalarının deyil, özünün istədiyi vaxtda etməli, və o, kimlərinsə daim ona yeri gəldi-gəlmədi məsləhət verməsinə şərait yaratmamalıdır.
- Bizim işlərimizin yalnız yarısı taleyin əlindədir, yerdə qalan hissəsi bizim öz ixtiyarımıza buraxılmışdır.
- Hər halda mən hesab edirəm ki, inadkarlıq və təzyiq ehtiyyatlı davranmaqdan yaxşıdır. Uğur, fortuna qadın xüsusiyyətinə malikdir. Kim onunla yaxınlaşmaq istəyirə, vurmalı, əzməlidir; belələrinə o, daha tez ram olur...
- İtaliya isə son nəfəsində də gözləyir ki, kimsə gəlib onun yaralarını sağaldacaq, Lombardiyanı, Neapolitan krallığını, Toskaniyanı qarət edənləri qovub çıxaracaq, irinləmiş yarasına məlhəm olacaqdır. İtaliya Allaha necə də yalvarır ki, varvarların zülmündən qurtulmaq üçün ona bir xilaskar göndərsin! İtaliya bir bayraq altında birləşməyə hazırdır, yalnız bu bayrağı qaldıracaq xilaskar tapılmalıdır!
- Kim bizə qarşı dayanırsa, dayansın, fərqi yoxdur, hər kəsin zəif yeri var. Qorxmaq lazım deyil.
- Qoy bu qədər uzun gözləntidən sonra, nəhayət ki, İtaliya öz Xilaskarını tapsın.

Baxış sayı: 49
Açar sözlər:
Bookmark and Share

Qarabağ Azadlıq Təşkilatının Bəyanatı

Qarabağ Azadlıq Təşkilatı İmişli şəhərində Şəhidlər Xiyabanının dağıdılması, hasarının uçurdulması və Şəhidlər Xiyabanının ərazisində qanunsuz tikinti işlərinin aparılması ilə bağlı bir daha narahatçılığını bildirir.

Həmin rayonun icra  hakimiyyəti nümayəndələri müxtəlif bəhanələr gətirir, gah orada heç bir binanın tikilmədiyini, gah da guya imkansız ailələr, ya da Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi üçün binanın tikildiyini bildirirlər. İstənilən halda Şəhidlər Xiyabanına har hansı  müdaxilə yolverilməzdir. Rayonun İcra hakimiyyəti bu hərəkəti ilə şəhidlərimizin ruhlarını təhqir etmiş, vətənpərvərlik tərbiyəsi işinə ağır zərbə vurmuşdur.

         QAT bu məsələyə  bir neçə dəfə etirazını bildirmiş, həmin rayonda etiraz aksiyaları keçirilmişdir. Lakin rayon İcra hakimiyyəti hələ də rüsvayçı hərəkətini davam etdirir. Biz bir daha bu qanunsuz tikinti işlərinə son qoyulmasını tələb edirik. Əks halda, yenidən həmin rayonda etiraz aksiyalarına başlayacağıq.

Baxış sayı: 67
Açar sözlər:
Bookmark and Share


  Yazılar cəmi: 32   Sonrakı səhifə »

Son Xəbərlər

Axtarış

Sorğuda fəal olun

Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşması nə ilə nəticələnəcək?




Açar sözlər

Sayqaç

İndi blogda: 14
Keçən ayın hiti: 70608
Dünənki hit: 3709
Bugünki hit: 429
Ümumi hit: 157001

AddThis Feed Button
Add to Technorati Favorites