APA. “Mən dörd ildən artıq ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində cəhdlərinə dəstək verməklə məşğul olmuşam”.
APA-nın məlumatına görə, bu fikirləri ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker qurumun yay sessiyasında çıxışında bildirib. O bildirib ki, bu münaqişənin nizamlanması üçün “qızıl imkan” olub: “Mən belə bir “qızıl imkan”ın olduğunu görürdüm, amma təəssüf ki, hələlik bu imkan sülh sazişinin imzalanması ilə nəticələnməyib. Hazırda hər iki ölkə üçün vəziyyəti dəyişmək, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini davam etdirmək üçün gözəl şansı var. Əgər Azərbaycan və Ermənistanın siyasi iradəsi olsa, saziş imzalamaq mümkündür. Geriyə deyil, gələcəyə baxmaq vacibdir. Regionda yeni müharibə mümkün deyil, bu barədə düşünmək belə istəmirəm və bu təhlükədən qaçmaq lazımdır”.
Baxış sayı: 57
Açar sözlər:
İ.İbrahimov. Vətəndaş və Tarix. B., 2005:
- Spitak şəhəri 1949-cu ilə qədər Hamamlı adlanırdı.
- Dünyada ilk universiteti-Nizamiyyə universitetini Səlcuq sultanı Alp Arslan 1066-cı ildə Bağdadda açmışdır. Müəllimlərə yüksək maaş verilirdi, tələbələr pulsuz oxuyurdular. Burada fiqh, hüquq, fəlsəfə, filologiya, riyaziyyat, astronomiya fənləri tədris olunurdu.
C.Rumi:
- Ey rüşvət yeyən, sən fil balası yeyirsən. Bir gün fil gəlib səni yox edəcək.
- Ədalət hər şeyi layiq olduğu yerə qoymaqdır.
- Gözlərini ört, qəlbinlə gör.
“İttihaq və tərəqqi” partiyası:
- “Ey vətən oğulları! Sizin cəsarət göstərmək vaxtınız gəlib. Vətən təhlükədədir! Bizim ocaqların odu sönmüş, sevinc qəlbimizi tərk etmiş, torpaqlarımız sahibsiz qalmışdır. Vətəni xoşbəxt edək, onun intiqamını alaq!”
Baxış sayı: 34
Açar sözlər:
Z. Göyalp:
- Əxlaq vətən əxlaqı və mədəni əxlaqdan ibarətdir. Vətən əxlaqı yüksək olan xalqı əsarət altına almaq çox çətin olur. İngilislərin Trakiya və İzmir, fransızların Adana və ətrafı, italyanların Antalya üzərində mandatlardan imtina etmələri, yunan ordusunun isə göz qabağında əriməsi güclü Vətən əxlaqına malik olan türk xalqının vicdanının oyanması ilə bağlı oldu.
K.Mahmud. Divani-Lüğət-it Türk:
- Türklərdə özünüöymə kimi naqis keyfiyyətlər yoxdur və onlar qəhrəmanlıq və fədakarlıq kimi böyük işləri adi işlər hesab edirlər.
Atatürk:
- Dinsiz millətlər çox yaşaya bilməzlər
- Ölkəni idarə edənlər nəinki qayğısız, vecsiz, qafil, hətta satqın ola bilərlər. Bundan daha pisi, onlar şəxsi mənafelərini işğalçıların siyasi mənafeləri ilə birləşdirə bilərlər, nəticədə millət üzülər, zəifləyər və sarsılar.
Baxış sayı: 34
Açar sözlər:
Ə.Əliyev. İnsan və hakimiyyət, planetin parçalanması. B.,2007:
- 1843-cü ildə Nyu-Yorkda 12 Almaniya yəhudisi tərəfindən “Bney Brit” gizli təşkilatı yaradılmışdır. Təşkilat sionizm ideyalarını yayır. Bütün yəhudi təşkilatları onunla əlaqəlidirlər. 1989-cu ildə M.Qarbaçovun icazəsi ilə bu təşkilatın SSRİ-də çoxlu şöbələri yaradıldı.
- Qloballaşmanı bir beynəlxalq zavod, yaxud beynəlxalq bazar kimi təsəvvür etmək olar.
- Sion qocalarının birinci protokolunda deyilir: “Ləyaqət, vicdan və siyasət anlayışları bir yerdə ola bilməz. Əxlaq və ləyaqət normalarını gözləyən adam siyasətçi ola bilməz... Başqalarının hərəkətləri və itgiləri bizim üçün maneə olmamalıdır”.
- İngiltərə burjua inqilabının rəhbəri O.Kromvel 1647-ci ildə “Molxeym” sinaqoqunun rəhbərinə yazırdı ki, “mənə göstərdiyiniz maliyyə dəstəyinə görə çalışacağam ki, yəhudilər İngiltərədən çıxarılmasınlar”.
- Bir çox tədqiqatçılar tərəfindən sübuta yetirilmişdir ki, digər varlı yəhudilərlə yanaşı milliarder Yakub Şeyf Rusiyada bolşevik hərəkatına 20 milyon dollar xərcləmişdir.
- “Dünya yəhudiləri” kitabında göstərilir ki, Rusiya bolşevizminin əsası Nyu-Yorkda qoyuldu və yəhudi mason liderlərinin maddi, mənəvi dəstəyi hesabına güc topladı.
- ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamalarına görə 2015-ci ilə qədər Rusiya ərazisində 7 dövlət yaradılacaqdır.
- Sevr müqaviləsi ilə (10 avqust 1920-ci il) yəhudi mason təşkilatları Türkiyəni, demək olar ki, yox etmişdilər. Müqavilənin şərtlərinə görə, Türkiyə ordusunu buraxır, yalnız 15 minlik silahlı qüvvə saxlayır, hərbi dəniz donanmasını ləğv edir, Suriya, Fələstin, Ərəbistan yarımadası, İordaniya, Mesopatamiyadan imtina edirdi. İzmir Yunanıstana verilirdi. Ermənistanın müstəqilliyi nəzərdə tutulur, Ərzurum, Bitlis, Van, Trabzon ona verilirdi, Kürdüstan dövləti də yaratmaq nəzərdə tutulurdu. Bu şəraitdə Atatürk “Ya azadlıq, ya ölüm!” şüarını irəli sürdü.
- Atatürk deyirdi ki, iki vəzifəni yerinə yetirən hökuməti yaxşı hökumət hesab etmək olar: birincisi, milləti müdafiə etmək; ikincisi, millətin rifahını təmin etmək.
- İmperator Neron qılıncının sadəcə kəsiciliyini yoxlamaq üçün minlərlə adamın başını kəsirdi.
Mete Xaqan (Hun İmperatoru):
- “Ulu Tanrı! Sən türkü, türk yurdlarını qoru! Türkü zövqə, rahatlığa uymağa qoyma! Türkdən oğru, namussuz törəsə, dərhal qəhr et! Intiqam almağı, öc almağı türk heç vaxt unutmasın! Nə qədər ağciyər türk varsa, hamısını öldür! Türkü təlxəklikdən qoru!”
Baxış sayı: 35
Açar sözlər:
Bunu istisna etmək olmaz, çünki Azərbaycan rəhbərliyi münaqişənin hərb yolu ilə həllindən danışır
“Dağlıq Qarabağda hərbi əməliyyatlar sabah da başlaya bilər”. Bunu “Kommersant” qəzetinə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan və Azərbaycanın daima silahlanmasını, həmçinin Azərbaycanın hərbi xərclərinin artımını şərh edərkən bildirib.
"Bunu istisna etmək olmaz. Çünki, Azərbaycan rəhbərliyi münaqişənin hərb yolu ilə həllindən danışır”, deyə S. Sarkisyan qeyd edib. Ermənistan prezidenti bildirib ki, ölkədə minimum iki nəfər – ali baş komandan və müdafiə naziri hesab etməlidir ki, hərbi fəaliyyət elə sabah da başlaya bilər. Deməli, ordu döyüş qabiliyyətli olmalıdır. Sarkisyan həmçinin söyləyib ki, bütün bu 14 il “nə sülh, nə də ki müharibə” şəraiti qüvvələrin balansı sayəsində saxlanılır və şərtlərin pozulacağı təqdirdə hərbi əməliyyatların yenilənməsi istisna deyil. “Azərbaycan - hərbi xərclərinin artması ilə fəxr edən yeganə ölkədir. Əgər onlar hətta 5 dəqiqəlik də olsa, müvəffəqiyyət əldə edəcklərinə inansalar, güc yolunu seçə bilərlər”, deyə Sarkisyan bildirib. Eyni zamanda o, hesab edir ki, bu probleminin həlli yolu deyil.
“Biz hər şeyi sülh yolu ilə həll edə bilərik və biz bu barədə Sankt-Peterburqda prezident İlham Əliyevlə görüşdə də danışmışıq. Görüş konstruktiv keçmişdi. Amma bir məsələ - konstruktiv danışmaq, digər məsələ isə – konstruktiv iş görməkdir. Bir daha deyirəm: "Mən hərbi həll görmürəm. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün qırmızı xəttdir. Biz bu sərhədi keçməmək üçün bizi yaxınlaşdıran tərəfi tapmalıyıq”, deyə Sarkisyan qeyd edib.
Baxış sayı: 70
Açar sözlər:
Yazılar cəmi: 54
Sonrakı səhifə »