Reklam verin!

ATƏT rəsmisi Azərbaycanın xarici işlər naziri ilə prezident seçkiləri və Dağlıq Qarabağ məsələlərini müzakirə edib

Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, səfir Heikki Talvitie bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən H. Talvitie E. Məmmədyarovla, əsasən, qarşıdan gələn prezident seçkiləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparıldığını bildirib.
Səfər çərçivəsində diplomatın prezident İlham Əliyev, QHT təmsilçiləri, siyasi partiya rəhbərləri və mətbuat nümayəndələri, eləcə də ATƏT-ə üzv dövlətlərin Bakıdakı səfirləri ilə də görüşü nəzərdə tutulur.

Baxış sayı: 44
Açar sözlər:
Bookmark and Share

Azərbaycan tərəfinə keçmiş erməni əsgər Qarabağın Azərbaycan ərazisi olduğunu deyir

 Paruyr Stepanyan: "Ermənistan vətəndaşı olmaq istəmirəm. Ən əsası, mən vətəndaşlıqdan imtina edirəm"

Ermənistan ordusunun könüllü olaraq Azərbaycan tərəfinə keçmiş əsgəri Paruyr Stepanyan Ermənistan vətəndaşlığından imtina edir. O, ANS-in əməkdaşına verdiyi müsahibədə bildirib ki, Azərbaycana üz tutmasının əsas səbəblərindən biri Ermənistan ordusundakı özbaşınalıqdır.
İrəvanda anadan olmuş 19 yaşlı Paruyr Stepanyanın vətəndaşı olduğu ölkə ilə müharibə vəziyyətində olan Azərbaycana üz tutmasının bir neçə səbəbi var. O müsahibəsində orduda özbaşınalıqdan tutmuş Ermənistanda insan haqlarının pozulmasına qədər bir çox mətləblərə toxunub. O, ali təhsil almamasını Ermənistandakı korrupsiya ilə izah edib, bildirib ki, orada rüşvət verməsən ali məktəbə daxil olmaq müşkül məsələdir.
Stepanyan Qarabağın tarixini də, hətta bununla bağlı bəzi beynəlxalq konvensiyaları da öyrəndiyni deyir. Gəldiyi nəticəni isə kifayət qədər obyektiv hesab etmək olar: «Müharibənin nəyə görə başlandığını da öyrənmişəm və özümə düzgün cavab tapmışam. Mən bilirəm ki, belə kodekslər var və orada yazılıb ki, hansı ölkələrin sərhədləri necədirsə elə də qalmalıdır. Bunu 1976-cı il Helsinki sənədi, eləcə də müharibədən əvvəl Arsaxda ermənilərin Qarabağda olmasının 150 illiyinə qoyulmuş heykəl də sübüt edir. Əgər onlar azərbaycanlılardan əvvəl orada yaşayıblarsa, onda niyə elə heykəl qoyublar? Bunun bir məntiqi cavabı var ki, Qarabağ Azərbaycan ərazisidir».
Paruyrun vətənindən üz çevirməsinin səbəblərindən biri də bu ölkədə insan azadlıqların pozulması, antideokratik rejimdir: «Mən öz vətəndaşlarına seçim hüququnu verməyən ölkədə yaşamaq istəmirəm. Mən xidmət edərkən hətta seçim edə bilmirdim. Postda olarkən artıq mənim adımdan Serj Sarkisyanın xeyrinə işarə qoyulmuşdu. Orada diktaturadır. Buna görə də mən Azərbaycan hökumətinə müraciət edib bildirdim ki, Ermənistan vətəndaşı olmaq istəmirəm. Ən əsası, mən vətəndaşlıqdan imtina edirəm. Mən başa düşə bilmirəm ki, Ermənistan tərəfi nəyə görə sülh danışıqlarına getmir. Qarabağ məsələsini hər dəfə təxirə salırlar. Mən bilmirəm nəyə nail olmaq istəyirlər».
Paruyr deyir imkanım olsaydı orduya getməzdim: «Çünki bilirdim ki, Qarabağa göndərəcəklər». Onun sözlərinə görə, heç bir intizam olmayan orduda ermənistanlılarla qarabağlılara xüsusi ayrı-seçkilik var: «Onlar hər addımda təhqir olunur, ən çirkli işlərə də məhz Ermənistan erməniləri göndərilir. Zabitlər ermənistan ermənilərini ələ salırdılar, təqir edirdilər, zabitlər ölümcül döyürdülər. Elə dərəcədə döyürdilər ki məsələn elə olurdu ki, mən özümlə bacara bilmirdim. Elə situasiya olub ki, mən avtomatı götürüb onları öldürə də bilərdim».
O bildirir кi, döyüldüyü günlərin birində risk edərək sərhədi keçib: «Bir gün məni ölümcül döydülər və dedim ki, ora gedəcəm. Mənim xidmət etdiyim yer sərhədə çox yaxın idi. Həyatımı riskə ataraq sərhəddi keçdim və Azərbaycan hökumətinə təslim oldum».
Bu gün Ermənistanda sosial vəziyyətin son dərəcə ağır olduğunu deyən Paruyr, bir daha bu ölkəyə qayıtmaq istəmir. Onun sözlərinə görə, bu gün Ermənistandakı əksər ailələr xaricdki yaxınlarının göndərdikləri vəsaitlər hesabına dolana bilirlər. Paruyrun vətənindən imtina etməsinin səbəblərindən biri də budur: «Azərbaycan hökumətindən xahiş ediərəm ki, mümkünsə bu ölkədə, yaxud Avropa Birliyinin hər hansı ölkəsində mənə qaçqın statusu versinlər. Bircə Rusiya olmasın. Çünki Rusiyanın Ermənistanla əlaqələri var, mən bu ölkəyə getmək istəmirəm. /ANS TV/

Baxış sayı: 40
Açar sözlər:
Bookmark and Share

Seçmələr

İ.İbrahimov. Vətəndaş və tarix. B., 2005:
- Ukraynada xalq hərəkatının rəhbəri Taras Bulba düşmən tərəfə keçmiş oğlunu öz əli ilə güllələmişdi.
- Napoleon da Fransa üçün etnik idi.
- F.Dostoyevski “dünyanı gözəllik xilas edəcəkdir” deyirdi, həm də özü şovinist kimi polyaklara, yəhudilərə, türklərə nifrətini gizlətmirdi.
- E.ə 547-ci ildə İran hökmdarı II Kir Anadoludakı qüdrətli Lidiya dövlətini çox çətinliklə işğal etdi. Xalq işğalla barışmır, müqavimət göstərirdi. Onda II Kirin əmri ilə əhalidən bütün silah alındı, gənclər musiqi məşğələlərinə cəlb olundular, əhalinin içərisində kiçik alverə geniş şərait yaradıldı. Bu tədbirlərin nəticəsində lidiyalılar zəif bir kütləyə çevrildilər, bir müddətdən sonra tarix səhnəsindən silindilər.
Əhməd Cavad:
- Mən çiynənən bir ölkənin haqq bağıran səsiyəm.
Servantes:
- Saxta tarix yazanlar qəlp pul kəsən fırıldaqçılar kimi edam edilməlidirlər.
Əl-Fərabi:
- Müharibələr iki qismə - ədalətli və ədalətsiz müharibələrə bölünür.
Əmir Teymur:
- Biz ki, Mülki-Turan, Əmiri-Türküstanıq, biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən
qədimi və ən ulusu Türkün başçısıyıq.

Baxış sayı: 32
Açar sözlər:
Bookmark and Share

Ağdamın işğalının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

APA. Bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 15-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. APA-nın məlumatına görə, Ağdam rayon İcra Hakimiyyəti, Qarabağ Azadlıq Təşkilatı, rayon ictimaiyyətinin nümayəndələri və ölkədə fəaliyyət göstərən bir sıra təşkilatlar Şəhidlər Xiyabanındakı Əbədi Məşəl Kompleksinə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar. Mərasimdə çıxış edən Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, müharibə bitməyib və işğal altında olan Azərbaycan torpaqları ermənilərə verilməyəcək: “Ağdam o vaxt işğal olunacaq ki, beynimiz, təfəkkürümüz, yaddaşımız işğal olunacaq. Kim işğal olunan torpaqlarımızın azad ediləcəyinə inanmırsa, onun yaşamağa haqqı yoxdur”. Sonra mərasim iştirakçıları Ağdam uğrunda gedən döyüşlər zamanı həlak olan şəhidlərin məzarlarını və Türk Şəhidliyini ziyarət ediblər. Qeyd edək ki, Ağdam rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal edilib. İşğal nəticəsində ərazisi 1.154 kvadrat kilometr, əhalisi 147.000 nəfər olan Ağdamın işğal edilən 77,4 faiz hissəsindəki tarixi abidələr, qəbiristanlıqlar, yaşayış obyektləri, kitabxanalar, məktəblər, idarə və müəssisələri dağıdılıb. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib.

Baxış sayı: 39
Açar sözlər:
Bookmark and Share

Qarabağ Azadlıq Təşkilatının Bəyanatı


Son günlərdə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin guya normallaşması, bəzi dövlət rəsmiləri, KİV nümayəndələri tərəfindən bu prosesin müsbət hadisə kimi təqdim olunması cəhdləri ciddi narahatlıq doğurur. Biz Azərbaycan və Türkiyəyə qarşı törədilmiş erməni cinayətlərini unudaraq xoş münasibətlər yaratmaq cəhdlərini, işğalçı Ermənistanın nümayəndələri ilə aparılan gizli danışıqları, Türkiyə prezidentinin İrəvana səfər etmək niyyətini qətiyyətlə pisləyirik. Ermənistan öz mövqeyindən geri çəkilməmiş və Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarında, qondarma “erməni soyqırımı”nda hələ də təkid edir. Bu günlərdə  Ermənistanın prezidenti, hərbi cani Ser Sarkisyan növbəti dəfə bəyan etmişdir ki, “Dağlıq Qarabağın müstəqilliyi geriyə dönməz prosesdir və heç bir halda Azərbaycanın tərkibinə qaytarıla bilməz”. Təəssüf ki, Azərbaycan mətbuatı bu hərbi caninin bu sözlərinin üstündən sükutla keçir, onun guya “Ermənistanın danışıqları davam etdirməyə hazır olması” ilə bağlı fikrini qabardır.
Ermənistanın cinayətkar rejimi özünü legitimləşdirməyə, beynəlxalq birliyin rəğbətini bərpa etməyə, beynəlxalq təşkilatların təzyiqlərindən yaxa qurtarmağa çalışır. Ona görə də Azərbaycan və Türkiyə ilə xoş münasibətlər görüntüsü yaratmağa cəhd göstərir. Lakin heç bir prinsipial məsələdə öz mövqeyindən geri çəkilmir. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Azərbaycan və Türkiyə rəhbərliyi Ermənistanın yalançı göz yaşlarına və növbəti fırıldaqlarına aldanmamalı, prinsipial və qətiyyətli mövqe nümayiş etdirməlidir. Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, dərhal ərazi iddialarından əl çəkməli, Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz tərk etməli, təcavüz aktına görə Azərbaycan xalqından və bütövlükdə dünya birliyindən üzr istəməli, qondarma “erməni soyqırımı” iddialarına son qoymalıdır. Əgər bu baş vermirsə, Ermənistanla hər hansı xoş niyyətli təmaslar erməni siyasətinə xidmətdən, erməni iddiaları qarşısında diz çökməkdən başqa bir şey deyildir. Torpaqlarımız hələ də işğal altındadır. Sabah daha bir rayonumuzun- Ağdamın, 5 min nəfərdən artıq şəhid vermiş rayonun 15-ci işğal tarixini yad edəcəyik. Torpaqlarımızı zəbt edərək işğal altında saxlayan, on minlərlə insanımızı qətlə yetirən, minlərlə insanımızı əsirlikdə saxlayan quldur rejimlə hansı münasibətlərdən danışmaq olar? Bu rüsvayçılıq hansı ölçüyə sığar? Qarabağ Azadlıq Təşkilatı bu eybəcər prosesin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəkdir.


22 iyul 2008

Baxış sayı: 43
Açar sözlər:
Bookmark and Share


  Yazılar cəmi: 38   Sonrakı səhifə »

Son Xəbərlər

Axtarış

Sorğuda fəal olun

Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşması nə ilə nəticələnəcək?




Açar sözlər

Sayqaç

İndi blogda: 126
Keçən ayın hiti: 70608
Dünənki hit: 3709
Bugünki hit: 3659
Ümumi hit: 160231

AddThis Feed Button
Add to Technorati Favorites