“Rusiya Qafqazdan çıx” şüarı ilə müşayiət olunan aksiyada, iştirakçılar bəyanatlarını Rusiya səfirliyinin nümayəndəsinə təqdim ediblər
Bu gün Qarabağ Azadlıq Təşkilatı Rusiyanın Gürcüstana qarşı törətdiyi əməllərini pisləmək məqsədi ilə Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. “Rusiya Qafqazdan çıx” şüarı ilə müşayiət olunan aksiyada, iştirakçılar bəyanatlarını Rusiya səfirliyinin nümayəndəsinə təqdim ediblər . Bəyanatda deyilir ki, Rusiya öz hərbi qüvvələrini Gürcüstan ərazisindən, ümumiyyətlə regiondan və xüsusən də Qarabağdan çıxarmalıdırlar.
Bəyanatda Rusiya öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxarması tələb edilir. Piket insidentsiz başa çatıb
Baxış sayı: 48
Açar sözlər:
APA. “Ermənilər Cənubi Osetiya və Abxaziyada baş verən qarşıdurmalardan özləri üçün qala düzəltməyə çalışırlar. Bu hadisənin fonunda onlar guya Azərbaycanda çaxnaşmanın olduğunu təbliğ edirlər”. APA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. Ermənistanın analitik mərkəzlərinin bu tipli çıxışlar səsləndirdiyini deyən M. Əhmədoğlunun sözlərinə görə, onlar prosesləri özlərinə sərf edən şəkildə təqdim edirlər: “Ermənilər hesab edirlər ki, bu hadisələrdən sonra Azərbaycan qorxudan yerində oturmalıdır. Onlar Azərbaycanı Rusiya ilə qorxutmağa çalışırlar. Bütün bu proseslərdən çıxan nəticə odur ki, SSRİ dağılandan sonra ermənilər müstəqil dövlət yox, forpost qurublar. Buna görə də hazırda Ermənistanın iki yolu var. Birincisi, onların Rusiya ilə daha sıx bağlanmasıdır. Çünki Ermənistan müstəqil dövlət ola bilmir. Digər variant isə Türkiyə ilə sərhədlərin açılması və münasibətlərin yaxşılaşmasıdır. Hər iki variantda ermənilər Dağlıq Qarabağı azad etməlidirlər. Əgər onların ağlı varsa, Dağlıq Qarabağı qaytarmalıdırlar. Çünki baş verən son proseslər Dağlıq Qarabağ probleminin həllini daha da sürətləndirir”. M. Əhmədoğlu həmçinin, Rusiyanın Gürcüstana müdaxilə etməsi barədə də öz fikirlərini bildirib: “Bu vaxta qədər BMT Təhlükəsizlik Şurasının qərarı olmadan başqa dövlətin ərazisində tank oynadan yalnız bir dövlət vardı ki, bu da ABŞ idi. İndi Rusiya da ABŞ-a qoşuldu və belə dövlətin sayı ikiyə çatdı”. Gürcüstan rəhbərliyini səriştəsiz adlandıran politoloq ABŞ-ın Gürcüstana lazımı dəstək vermədiyini qeyd edib.
Baxış sayı: 29
Açar sözlər:
Qarabağ Azadlıq Təşkilatı Qarabağ partizanlarından heç kəsin son əfv fərmanına düşməməsini böyük ədalətsizlik hesab edir. Bu gənclərin hər biri yalnız vətənpərvərlik hissi ilə dəstə yaratmağa və partizan hərəkatını başlamağa cəhd göstərmişlər. Lakin onlara hərəkətlərinə uyğun olmayan ağır cəzalar vermişlər. Onlara ağır cəzaların verilməsi, indi isə heç birinin əfv olunmaması ayrı-ayrı məmurların vətənpərvər gənclərə, vətənpərvərlik hissinə qəsd etməsindən başqa bir şey deyildir. Respublikanın Baş prokurorluğunun, Ali Məhkəməsinin onlara qarşı tutduqları qərəzli mövqenin başqa cür izahı yoxdur. Biz Əfv Komissiyasından bu məsələyə aydınlıq gətirilməsini, cəzaların xeyli hissəsini çəkmələrinə, ailə vəziyyətlərinin ağır olmasına, xəstəliklərinə və digər yüngülləşdirici halların olmasına baxmayaraq, onların nə üçün əfv olunmamalarını izah etmələrini tələb edirik. Bu məsələyə aydınlıq gətirilməlidir. Əks halda, Qarabağ Azadlıq Təşkilatı Qarabağ partizanlarının hüquqlarının müdafiəsi ilə bağlı etiraz aksiyalarına başlayacaqdır.
28 avqust 2008
Baxış sayı: 29
Açar sözlər:
Sergey Lavrov: "Dnestryanı və Dağlıq Qarabağ münaqişələri Cənubi Osetiya və Abxaziya ssenarisi ilə inkişaf etməyəcək"
Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Ukraynaya rəsmi səfər edib. Səfər çərçivəsində paytaxt Kiyevə gələn Böyük Britaniya rəsmisi Ukraynanın xarici işlər naziri Vladimir Oqruzko ilə görüşüb. Rusiyanın tanınmamış Abxaziya və Cənubi Osetiya ilə bağlı qərarına münasibət bildirən britaniyalı nazir qeyd edib ki, Böyük Britaniya Gürcüstanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyır və Rusiyanın təcavüzkarlığına qarşı Ukrayna ilə birlikdə koalisiya yaradılacaq. Onun sözlərinə görə, Böyük Britaniya və Ukrayna yeni soyuq müharibənin başlamasını istəmirlər. O, həmçinin bildirib ki, əgər Rusiya hörmət və nüfuz istəyirsə, öz siyasətində dəyişiklik etməlidir.
Ukraynanın xarici işlər naziri Vladimir Oqruzko isə deyib ki, Ukrayna və Gürcüstan NATO-ya üzv qəbul edilsə, hər iki ölkə özlərini daha təhlükəsiz hiss edəcəklər və bu, onların təhlükəsizliyi üçün ən əhəmiyyətli zəmanət olacaq. Devid Milibend isə əlavə edib ki, imperiyanın sonuna çatmaq və postsovet məkanındakı münaqişələrin, o cümlədən Dnestryanı və Dağlıq Qarabağ problemlərinin dinc yolla həllinə nail olmaq lazımdır.
Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendin Kiyevdə verdiyi bəyanata münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə həmkarını narahat olmamağa çağırıb. "Dnestryanı və Dağlıq Qarabağ münaqişələri Cənubi Osetiya və Abxaziya ssenarisi ilə inkişaf etməyəcək. Çünki bu münaqişələrin həlli üçün danışıqlar aparan şəxslər Mixail Saakaşvili deyil. Moldova və Azərbaycanda Mixail Saakaşvili kimi, ağlını itirmiş, öz ölkəsini dağıdan, güc yolu ilə münaqişə həll edən liderlər yoxdur. Halbuki Gürcüstan rəhbərliyi Cənubi Osetiya və Abxaziyada məhz bunu etmişdi. Odur ki, bu məsələ ilə bağlı Milibendi arxayın etmək istərdim”, deyə S.lavrov qeyd edib./ANS TV/
Baxış sayı: 25
Açar sözlər:
Türkiyənin TRT telekanalı ilə Ermənistan İctimai Televiziyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
APA-nın məlumatına görə, memorandumu Ankrada Ermənistan İctimai Televiziyasının Yayım Şurasının sədri Alesan Arutyunyan və TRT-nin direktoru İbrahim Şahin imzalayıblar. Əməkdaşlıq memorandumu hər iki telekanalda Türkiyə və Ermənistan haqqında verilişlərin yayımlanmasını və təcrübə mübadiləsini nəzərdə tutur.
Baxış sayı: 27
Açar sözlər:
Yazılar cəmi: 40
Sonrakı səhifə »