Reklam verin!

QAT

QAT İdarə heyətində

Dünən QAT İdarə heyətinin növbəti toplantısı keçirildi. Təşkilati məsələyə baxıldı, 6 nəfər Təşkilata üzv qəbul edildi.
Ramil Səfərov və Qarabağ partizanları ilə bağlı məlumat verildi. R.Səfərovun heç bir formada müdafiə olunmaması, tamamilə yaddan çıxarılması ilə bağlı narahatçılıq bildirildi. Bu məsələyə dair bəyanatla çıxış edilməsi qərara alındı.
 “Təslimçi sülhə doğru aparan Qarabağ danışıqları və cəmiyyət” mövzusunda iyunun 20-də saat 1200-da Beynəlxalq Mətbuat Mərkəzində Dəyirmi Masanın keçirilməsi haqda qərar qəbul olundu. Tədbirə geniş ictimai-siyasi dairələrin dəvəti ilə bağlı tapşırıqlar verildi.
Qarabağla bağlı ictimai və siyasi qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə İşçi qrup yaradıldı. İşçi qrupa Ağsaqqallar Şurası və İdarə heyətinın üzvləri daxil oldular.
Minsk qrupu həmsədr ölkələrin səfirlikləri qarşısında və ölkə ərazisində ümumi aksiyaların keçirilməsinə dair ilkin müzakirələr keçirildi. Müzakirələrin davam etdirilməsi qərara alındı.
  QAT-ın Ağsaqqallar Şurasının iclasının 25 iyunda, Ali Məclisin növbəti iclasının isə iyunun 28-də saat 1100-da Təşkilatın Mərkəzi qərargahında keçirilməsi qərara alındı.
Hazırkı vəziyyət müzakirə edildi, Minsk qrupu həmsədrlərinin bölgəyə gözlənilən səfərinin Azərbaycan üçün yaxşı heç nə vəd etmədiyi vurğulandı. Danışıqların dayandırılması üçün ictimai müqavimətin gücləndirilməsinin vacibliyi vurğulandı. Həmsədrlərin Dağlıq Qarabağa Ermənistan ərazilərindən səfər etmək cəhdlərinin qarşısını almaq üçün bəzi tədbirlər müəyyənləşdirildi.
Qarabağ Azadlıq Təşkilatı
Mətbuat Xidməti

18 iyun 2008

Baxış sayı: 54
Açar sözlər:
Bookmark and Share

QAT-ın İdarə Heyəti

1.   Akif Nağı
2.   Tahir Məmmədli
3.   Kazım Səlimli
4.   Fəridə Əsgərova
5.   Şamil Mehdi
6.   Firidun Məmmədov
7.   Gültəkin Quliyeva
8.   Mehriban Abdullayeva
9.   Şaiq Süleymanov
10. Tahirə Məmmədova
11. Şahmar İbrahimov
12. İlqar Əliyev
13. Qalabəy Ağalarov
14. Manaf Kərimov
15. Mürsəl Həsənov
16. Rövşən Fətiyev
17. Məqsəd Orucov
18. Zakir Kərimov
19. Etibar Əliyev
20. Zahid Nərimanoğlu

Baxış sayı: 57
Açar sözlər:
Bookmark and Share


  Yazılar cəmi: 2  

Son Xəbərlər

Axtarış

Sorğuda fəal olun

Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşması nə ilə nəticələnəcək?




Açar sözlər

Sayqaç

İndi blogda: 14
Keçən ayın hiti: 70608
Dünənki hit: 3709
Bugünki hit: 430
Ümumi hit: 157002

AddThis Feed Button
Add to Technorati Favorites