Reklam verin!

Qarabağ Azadlıq Təşkilatının III qurultayının QƏTNAMƏSİ

Qarabağ Azadlıq Təşkilatının III qurultayı QAT sədrinin, MNTK-nın məruzələrini, məruzələr ətrafında çıxış və təklifləri dinləyərək qərara alır:
1. QAT sədri və MNTK-nın hesabatları nəzərə alınsın.
2. QAT-ın seçkili orqanlarının hesabat dövrü ərzində fəaliyyəti  _____________  hesab edilsin.  
3. Cəmiyyətdə müharibə tələblərinin daha da güclənməsi və geniş yayılması üçün təbliğat və təşviqat işləri gücləndirilsin.
4. Ermənistanın maraqlarına uyğun olaraq beynəlxalq təşkilatlar, birinci növbədə Minsk qrupu tərəfindən aparılan danışıqların dayandırılması və iqtidarın azadlıq müharibəsinə başlaması üçün səylər artırılsın.
5. Cəmiyyətdə, xüsusilə də gənclər arasında hərbi vətənpərvərlik işi gücləndirilsin.
6. Müharibə və işğal faktının davam etdiyi bir şəraitdə “xalq diplomatiyası”nın  hər hansı formada tətbiq edilməsinə yol verilməsin.
7. Kütləvi informasiya vasitələrinin imkanlarından daha səmərəli istifadə olunsun, QAT-ın internet saytlarının işi təkmilləşdirilsin, “Aazad  Qarabağ” qəzetinin nəşri bərpa edilsin.
8. Ümumölkə etiraz aksiyaları və kütləvi imzatoplama kompaniyalarından yaxın dövrdə geniş şəkildə istifadə olunsun.
9. Bütün ictimai, siyasi qurumlarla, həmçinin diaspor təşkilatları ilə əlaqələr gücləndirilsin.
10.  QAT-ın yerli şöbələrinin işinin yenidən qurulması, onların yerlərdə güc mərkəzinə çevrilməsinə nail olunsun.
11.  QAT-ın mərkəzi icra orqanlarının fəaliyyətinin yenidən qurulması, əlavə qüvvələrin cəlb edilməsi, qərarların qəbulu və icrasının çevikliyi təmin edilsin.

Baxış sayı: 66
Açar sözlər:
Bookmark and Share


  Yazılar cəmi: 1  

Son Xəbərlər

Axtarış

Sorğuda fəal olun

Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşması nə ilə nəticələnəcək?




Açar sözlər

Sayqaç

İndi blogda: 24
Keçən ayın hiti: 70608
Dünənki hit: 3709
Bugünki hit: 416
Ümumi hit: 156988

AddThis Feed Button
Add to Technorati Favorites