Reklam verin!

Təbrik

Rafiq Günəşli – 60

 Azərbaycan xalqı hərəkatının fəal iştirakçısı, Qarabağ Azadlıq Təşkilatının Ali Məclisinin üzvü, fədakar insan, dönməz vətənpərvər Rafiq Günəşlinin 60 yaşı tamam oldu. Rafiq bəy gənc yaşlarından Vətənə sevgisi, fədakarlığı ilə öz yaşıdlarından fərqlənmiş, bəzən isə adi həyat qayğılarından yuxarıda dayanması ilə ətrafdakılara qəribə adam təsiri bağışlamış, qəbul olunmamışdır, amma öz əqidəsindən, Vətən, Torpaq sevgisindən heç vaxt dönməmişdir.
 Rafiq bəy Ağsu rayonunda Xalq Cəbhəsinin yaradıcılarından olmuş, bu hərəkatın ilk dövrdə bütün çətinliklərini öz çiyinlərində daşımış, təqiblərə, təzyiqlərə, həbslərə məruz qalmışdır. O, Qarabağ müharibəsinin ilk günlərindən ön cəbhədə olmuş, bir sıra ağır döyüşlərdə iştirak etmiş, qəhrəmanlıqlar göstərmişdir. Rafiq bəy 2000-ci ildə Qarabağ Azadlıq Təşkilatının Ağsu rayon şöbəsini yaratmış, uzun müddət şöbəyə rəhbərlik etmiş, indi də ağsaqqal kimi şöbənin fəaliyyətini istiqamətləndirir. O, Qarabağ Azadlıq Təşkilatının Mərkəzi orqanlarının da işində fəal iştirak edir.
 Rafiq bəy şərəfli və ləyaqətli həyat yolu keçmiş, 60 yaşın zirvəsinə çatmışdır. Onun həyat yolu hər bir vətənpərvər gənc üçün örnəkdir. Hörmətli Rafiq bəyi 60 ilik yubileyi münasibəti ilə təbrik edir, bundan sonra da Vətən, Torpaq naminə fədakar fəaliyyətində uğurlar, can sağlığı və uzun ömür arzu edirik.


Hörmətlə
QAT sədri Akif Nağı

Baxış sayı: 34
Açar sözlər:
Bookmark and Share

Akif Nağı yenidən QAT sədri seçildi

2008-ci ilin mayın 31-də Qarabağ Azadlıq Təşkilatının 3-cü qurultayı keçirildi.

Qurultayın Qarabağda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Ağdam, Bərdə, Tərtər, Yevlax, Şəki, Ağdaş polis idarələri və icra hakimiyyətlərinin kobud müdaxiləsi nəticəsində qurultayın Qarabağda keçirilməsi baş tutmamışdır. Ona görə də qurultay nümayəndələri maşın karvanı ilə Şəki rayonu istiqamətində hərəkət etmiş, həmin rayonun Çayqaraqoyunlu kəndində açıq havada qurultayın işinə başlamışlar. Şəki rayon polisinin müdaxiləsindən sonra qurultay öz işini Yevlax rayonu ərazisində, burada da polisin müdaxiləsindən sonra Ağdaş rayonu ərazisində davam etdirmişdir. Qurultayın 3-cü və yekun hissəsi Ağdaş rayonu ərazisində açıq havada keçirilmişdir. Qurultayın qətnaməsi, Azərbaycan xalqına müraciəti və digər sənədləri qəbul olunmuşdur. Qətnamədə xüsusi olaraq vurğulanır: Cəmiyyətdə müharibə tələblərinin daha da güclənməsi və geniş yayılması üçün təbliğat və təşviqat işləri gücləndirilsin. Ermənistanın maraqlarına uyğun olaraq beynəlxalq təşkilatlar, birinci növbədə Minsk qrupu tərəfindən aparılan danışıqların dayandırılması və iqtidarın azadlıq müharibəsinə başlaması üçün səylər artırılsın. Müharibə və işğal faktının davam etdiyi bir şəraitdə “xalq diplomatiyası”nın  hər hansı formada tətbiq edilməsinə yol verilməsin.
Qurultay nümayəndələrinin xalqa müraciətində isə bildirilir: Vasitəçilər danışıqların “Praqa prosesi” çərçivələrində, “Madrid prinsipləri” əsasında davam etdirilməsinə təkid edirlər. “Madrid prinsipləri” deyilən sənəd Azərbaycanın maraqlarına tamamilə ziddir. Bu sənəd Dağlıq Qarabağın ətrafında işğal edilmiş rayonlardan beşinin geri qaytarılması əvəzində Dağlıq Qarabağın həmişəlik itirilməsini, Ermənistana verilməsini nəzərdə tutur. Bu prinsiplərlə bağlı yalançı təbliğat kompaniyası sizi aldatmasın. Biz sizləri ayıq olmağa, düşmənin məkrli niyyətlərinin həyata keçirilməsinə yol verməməyə çağırırıq. Hər şey Azərbaycan xalqının vahid iradəsindən asılıdır. Hamımız birlikdə vahid iradə nümayiş etdirməli, təslimçi sülhə doğru aparan danışıqların dayandırılmasını və ləngimədən işğalçılara qarşı müqəddəsmüharibənin başlanmasını tələb etməliyik. Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunması uğrunda müqəddəs savaşa hazır olmalıdır!
Qurultay nümayəndələri həmçinin Azərbaycan hakimiyyətinin Qarabağda Qarabağ qurultayı keçirilməsinə imkan verməməsi, polisin və icra hakimiyyətlərinin kobud və qanunsuz hərəkətlərini pisləyən bəyanat qəbul etmişlər. Bəyanatda hakimiyyətin Qarabağı unutdurmağa, Qarabağın azad edilməsi tələblərini qoyan təşkilatları susdurmağa çalışdığı bildirilmiş, Qarabağı azad edə bilməyən iqtidarın hakimiyyətdə qalmağa mənəvi haqqının olmadığı vurğulanmışdır.
Qurultayda təşkilati məsələlərə də baxılmışdır. 16 nəfərdən ibarət Ağsaqqallar Şurası, 43 nəfərdən ibarət Ali Məclis, 3 nəfərdən ibarət MNTK, 20 nəfərdən ibarət İdarə Heyəti seçilmişdir. Akif  Nağı yenidən QAT sədri seçilmişdir.

Baxış sayı: 86
Açar sözlər:
Bookmark and Share


  Yazılar cəmi: 2  

Son Xəbərlər

Axtarış

Sorğuda fəal olun

Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşması nə ilə nəticələnəcək?




Açar sözlər

Sayqaç

İndi blogda: 32
Keçən ayın hiti: 70608
Dünənki hit: 3709
Bugünki hit: 404
Ümumi hit: 156976

AddThis Feed Button
Add to Technorati Favorites