Ərəb Ölkələri Birliyinin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ALEKSO) Qarabağ problemi ilə bağlı Azərbaycanın siyasətini dəstəkləyir. APA-nın xəbərinə görə, bu barədə ALEKSO-nun baş direktoru Mongi Buislina bildirib.
M. Buislina deyib ki, ALEKSO beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi bütün qətnamələri yüksək qiymətləndirir.
Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransının keçirilməsini yüksək dəyərləndirən qurum rəhbəri qeyd edib ki, belə bir tədbir ALESKO ilə Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafı üçün zəmin olacaq.
Baxış sayı: 2
Açar sözlər:
Bakıda səfərdə olan Avropa Şurasının Baş katibi Terri Devis belə deyib
«Avropa Şurası Dağlıq Qarabağ münaqişəsi nəticəsində mədəni irsin məhv olmasından narahatdır». Bu sözləri mədəniyyətlərarası dialoqa dair beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Avropa Şurasının Baş katibi Terri Devis tədbirdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib. Avropa Şurasının rəsmisi Azərbaycanda və Ermənistanda tarixi abidələrin monitorinqini keçirəcək faktaraşdırıcı missiyasının iki ölkəyə səfərinin baş tutmamasından təəssüfləndiyini deyib.
Davamı...
Baxış sayı: 1
Açar sözlər:
ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi dəyişilməyib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə bu gün ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Cozef Penninqton deyib. O bunu ABŞ-ın Hadson Universitetinin Avrasiya Siyasəti İdarəsinin rəisinin «Cənubi Osetiyada baş vermiş hadisələrdən sonra Rusiya ilə ABŞ arasında yaranmış münasibətlər bu iki ölkənin ATƏT-in Minsk Qrupunda iştirakını mənasız edir» fikrinə münasibət bildirərkən söyləyib. C. Penninqton bildirib ki, bu bəyanat qeyri-rəsmi şəxs tərəfindən edilib və ABŞ-ın Dağlıq Qarabağa dair siyasətini əks etdirmir.
Baxış sayı: 3
Açar sözlər:
Türkiyənin xarici işlər naziri Əli Babacan belə deyib Əli Babacan: «Azərbaycan-Ermənistan münasibətlərin normallaşması türk-erməni dialoquna müsbət təsir göstərəcək». "Anadolu" xəbər agentliyinin məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əli Babacan çıxış edib.
Davamı...
Baxış sayı: 3
Açar sözlər:
Seyran Ohanyan: «Azərbaycanın sürətlə silahlanması və Dağlıq Qarabağ münaqişəsinin hərbi güc yolu ilə həll etmək istəməsi daha çox narahatlıq yaradır»Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu Ermənistan üçün əsas hərbi təhlükədir. Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib. O bildirib ki, Azərbaycanın sürətlə silahlanması və Dağlıq Qarabağ münaqişəsinin hərbi güc yolu ilə öz maraqlarına uyğun həll etmək istəməsi daha çox narahatlıq yaradır.
Davamı...
Baxış sayı: 3
Açar sözlər:
Yazılar cəmi: 205
Sonrakı səhifə »